ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Gəncəyə gəlmişdir

 

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Azərbaycanın bölgələri ilə tanışlıqla bağlı ilk səfərini Gəncəyə etmişdir.

Koray Tarqay Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ilə görüşündə Azərbaycanın bölgələrinə ilk səfərini Gəncədən başlamasından məmnunluğunu bildirmişdir. Qonaq belə görüşlərin əməkdaşlığın genişləndirilməsinə müsbət təsirindən danışmışdır.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonağa Gəncə haqqında, onun ictimai-siyasi həyatı, eləcə də iqtisadiyyatı barədə ətraflı məlumat vermişdir.

ATƏT-in Bakı ofisinin rəhbəri Gəncəyə səfəri çərçivəsində şəhərin hüquq - mühafizə orqanlarında, həmçinin bəzi qeyri-hökumət təşkilatlarında görüşlər keçirəcəyini, sonra isə Şəki şəhərinə gedəcəyini bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 8.