İnkişaf davamlı xarakter alır

 

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında Prezident İlham Əliyev içməli sukanalizasiya layihələrinin əhəmiyyətini xüsusi vurğulamış, qeyd etmişdir ki, regionlarda çaylar boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması prosesi davam etdirilməlidir: "Mənə verilən məlumata görə, hazırda 188 kənddə belə qurğular quraşdırılıb. Vaxtilə insanlar çaylardan, kanallardan su içirdilər. İndi təmizlənmiş su içirlər və belə insanların sayı 300 mindən çoxdur. Artıq kəndlərdə 340 min əhali bu imkanlara malikdir. Göstəriş verilmişdir ki, bu ilya gələn il əlavə tədbirlər görülsünçaylar boyu yerləşən kəndlərdə əhalini biz maksimum dərəcədə təmiz su ilə təmin etməliyik".

Tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Zərdab rayonunda da əhalinin içməli su ilə təminatı ilə bağlı tədbirlər həyata keçirilir. Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Zərdab rayonu ərazisində 17 ədəd modul tipli sutəmizləyici qurğu tikilib istifadəyə verilib. Hazırda 193 bulaq vasitəsi ilə rayonun 23850 nəfərdən çox əhalisi təmiz su ilə təmin olunur.

Məlumdur ki, kənd təsərrüfatı məhsulları istehsalının artırılması əkinlərin suvarma suyu ilə təminatından çox asılıdır. İndi 71 nasos stansiyasının 165 aqreqatı vasitəsilə 36804 hektar sahəni suvarma suyu ilə yüksək səviyyədə təmin etmək olur. Şəftəhal, Aşağı Seyidlər kəndləri ərazisində suvarma suyu ilə təminatı yaxşılaşdırmaq üçün yeni nasoslar quraşdırılıb.

Ötən ilin avqust ayından Zərdab  şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasına başlanılıb. Hazırda Dəli Quşçu kəndi yaxınlığında çirkabtəmizləyici terminalı tikilir.

Təbii qaz təminatı sisteminin yaxşılaşdırılması və kəndlərin qazlaşdırılması istiqamətində də tədbirlər davam etdirilir. Zərdab şəhərinin 15-ci yaşayış massivinin, Qaravəlli və Təzəkənd kəndlərinin qazlaşdırılması işləri başa çatdırılıb və artıq evlərə təbii qaz verilir. Gəlmə, Salahlı, Xanməmmədli və Hüseynxanlı kəndlərinin qazlaşdırılması davam edir.

Rayonun yol infrastrukturu da əsaslı şəkildə yenidən qurulur. Zərdab-Əlvənd-Mollakənd avtomobil yolunun 21,6 kilometrlik hissəsinin artıq xeyli hissəsinə asfalt-beton örtük çəkilib. Magistral yolların kənarlarına isə 42 minə yaxın müxtəlif növ ağac əkilib.

Ümumiyyətlə, son vaxtlar Zərdab şəhərinin siması çox dəyişib. Burada aparılan tikinti-quruculuq, abadlıq işləri indidavam edir. Ümumi sahəsi 4,5 hektar olan Heydər Əliyev parkında Heydər Əliyev Mərkəzi tikilib, gənclər mərkəzinin, Veteranlar və Yaradıcılıq evlərinin inşası başa çatdırılıb. Qarabağ əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası, şəhərin mərkəzində və kəndlərdə 14 Qarabağ əlilinə fərdi yaşayış evləri, həmçinin FHN-in Zərdab Rayon Yanğından Mühafizə Hissəsi üçün inzibati bina inşa edilib.

Leysan  yağışları və daşqınlar nəticəsində evlərinə ziyan dəymiş rayon sakinləri üçün şəhərin "32 hektar" adlanan ərazisində Fövqəladə Hallar Nazirliyinin xətti ilə 51 fərdi yaşayış evi tikilib istifadəyə verilib, 24 evin inşası isə başa çatdırılıb.

Prezidentin Ehtiyat Fondundan rayona ayrılmış 2 milyon manat vəsait hesabına beş 16 mənzilli yaşayış binasının dam örtüyü dəyişdirilib, dörd yaşayış binasında əsaslı təmir işləri görülüb, şəhərin dördyol ərazisində elektron idarəetmə tipli giriş qapısı, Heydər Əliyev parkının giriş qapısı tikilib. Bunlardan əlavə, dördyol ərazisində 450 metr uzunluğunda hasar inşa olunub, şəhərin küçələrinin işıqlandırılma sistemi yenidən qurulub. Bayraq meydanı isə Zərdab şəhərinə xüsusi yaraşıq verir.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 10.