Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.  On altı min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Balakən Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat  ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham  ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 29 mart.- S. 1.