Nüfuzlu The Korea Post jurnalı Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini geniş işıqlandırmışdır

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 26-27-də Koreya Respublikasında işgüzar səfərdə olmuşdur.

Səfər zamanı Koreya Respublikasının müxtəlif nüfuzlu nəşrləri Azərbaycan Respublikasına və Prezident İlham Əliyevin fəaliyyətinə böyük maraq göstərmişlər. Koreya Respublikasında 1985-ci ildə təsis edilən və ingilis dilində böyük tirajla nəşr olunan nüfuzlu "The Korea Post" jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fotoşəkli ilə birgə geniş tərcümeyi-halını dərc etmişdir. Jurnalda Prezident İlham Əliyevin zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti geniş şəkildə işıqlandırılmışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 29 mart.- S. 1.