Vaşinqtonda Azərbaycan regional lider
kimi xarakterizə edilmişdir
Azərbaycanın
ABŞ-dakı səfirliyindən
AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, martın 27-də ABŞ-ın
aparıcı analitik mərkəzlərindən biri
olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində
(Center For Strategic&International
Studies) "Xəzər hövzəsində
inkişafın perspektivləri:
ABŞ ilə diplomatik
münasibətlərin iyirmi
illiyi" mövzusunda
konfrans keçirilmişdir.
"Diplomatik münasibətlərin
iyirmi illiyi" və "İqtisadi inkişafa gedən yol: enerji, boru
kəmərləri və
iqtisadi islahatlar" başlıqlı iki paneldən ibarət konfransın aparıcıları
"Heritage" Fondunun eksperti
Ariel Kohen və Strateji və Beynəlxalq Araşdırmalar
Mərkəzinin mütəxəssisi
Janusz Bugajski olmuşlar.
Konfransda
Mərkəzi Asiya-Qafqaz
İnstitutunun sədri
Frederik Star, Yaxın Şərq İnstitutunun tədqiqatçısı Aleks
Vatanka, Jamestown Fondunun
prezidenti Qlen Hovard, Corc Vaşinqton
Universitetinin professoru
Marlene Laruelle, bp-nin Vaşinqtondakı ofisinin baş direktoru Qreq Saunders, Azərbaycanın
ABŞ-dakı səfiri
Elin Süleymanov, səfirliyin iqtisadi məsələlər üzrə
müşaviri Nərgiz
Qurbanova, Gürcüstanın
ABŞ-dakı səfirliyinin
müvəqqəti işlər
vəkili David Rakviaşvili
və Dünya Bankının Azərbaycan
üzrə mütəxəssisi
Raşmi Şankar çıxış etmişlər.
F.Star və A.Kohen çıxışlarında Azərbaycanın
regionda artan rolu barədə yekdil fikirlərini bölüşərək, Azərbaycanın
enerji təhlükəsizliyinin
təminində və
ekstremizm və terrorçuluğa qarşı
mübarizədə töhfəsindən
bəhs etmiş, o cümlədən ABŞ və
İsraillə sıx
əməkdaşlıq münasibətlərinin,
bu yaxınlarda İsrail və ABŞ vətəndaşlarına qarşı
sui-qəsdin qarşısının
alınmasının təqdirəlayiq
hal olduğunu xüsusilə vurğulamışlar.
Q.Saunders
isə Azərbaycanı
Avropanın enerji tələbatının ödənilməsi
və enerji təhlükəsizliyinin təminində
mühüm tərəfdaş
kimi xarakterizə edərək, Azərbaycanın
Avratlantik inteqrasiya istiqamətinə sadiqliyinin
mühüm element olduğunu
qeyd etmişdir.
N.Qurbanova
son illərdə Azərbaycanın
yüksəlməkdə olan
iqtisadi göstəricilərinə
istinad edərək, Azərbaycanın artıq
sərmayə yatıran
dövlət olduğunu
bildirmiş, bu xüsusda Azərbaycanın
Gürcüstanda ən
böyük vergi ödəyicisi, Türkiyədə
isə ən irimiqyaslı layihənin müəllifi olduğunu diqqətə çatdırmışdır.
Konfransın yekununda çıxış
edən səfir Elin Süleymanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş regional inteqrasiya
və qonşu dövlətlərlə əməkdaşlıq
strategiyasının Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini, Azərbaycanın Türkiyə
və Gürcüstan
ilə əlaqələrinin
nümunəvi qonşuluq
münasibətlərinin bariz
nümunəsi olduğunu
vurğulamışdır. Səfir, həmçinin ABŞ-ın regionla bağlı uzunmüddətli
strategiyasının olmasının vacibliyini
vurğulamış və regionun hərtərəfli
inkişafının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən
asılı olduğunu bildirmişdir.
Azərbaycan.- 2012.- 29 mart.- S. 1.