Dövlət qayğısı və əzmkarlıq bu iliuğurlar ilinə çevirəcək

 

 Ötən il noyabrın 17-18-də Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri zamanı görülən işlərlə tanış olduqdan sonra xüsusi vurğulamışdır ki, qədim yaşayış yurdu olan Qəbələnin tarixi şöhrəti bu gün özünə  qaytarılıbdır. Qəbələ sözün həqiqi mənasında, beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Qəbələ şəhərində keçirilən ənənəvi beynəlxalq musiqi festivalları bu rayonun şöhrətini bütün dünyaya yayıb.

Heydər Əliyev Fondunun vitse - prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "Ekoloji idarəçilikdə gənclərin rolu -bu günsabah" mövzusunda gənc ekoloqların beynəlxalq düşərgəsinin açılışı, türk dünyasının böyük mütəfəkkiri, qazax yazıçısı Oljas Süleymenovun 75 illik yubileyi, Qəbələ İkinci Beynəlxalq rəsm sərgisi, 23 ölkənin səfirlik nümayəndələrinin iştirakı ilə keçirilən infotur, 40-dan artıq ölkənin qatıldığı XI Beynəlxalq Pestisit Forumu və digər tədbirlərin yüksək səviyyədə reallaşması sübut edir ki, bu füsunkar dağlar diyarı ən mötəbər mərasimlərə ev sahibliyi etmək iqtidarındadır.

Ayrı-ayrı ölkələrdən Qəbələni görməyə can atanların sayı da ildən-ilə çoxalır. Ötən illin turizm göstəriciləri də bunu təsdiqləyir: 2011-ci ildə Qəbələyə 38890 nəfərdən artıq turist gəlib ki, bunun da 8 mindən çoxu xarici turist olub.

Başqa sahələrdə də uğurlara imza atılıb.  AMEA-nın TarixEtnoqrafiya İnstitutunun alimləri tərəfindən Qəbələ Tarix-Bədii Qoruğunda aparılan arxeoloji qazıntılar nəticəsində Qəbələnin və bütövlükdə Qafqaz Albaniyasının tarixi baxımından çox qiymətli tapıntılar aşkarlanıb. Tapılan tarixielmi eksponatlar Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində toplanaraq elektron diskə köçürülüb. Azərbaycan, rusingilis dillərində hazırlanmış broşürlərdə qədim Qəbələ haqqında ətraflı məlumatlar öz əksini tapıb.

Bugünkü Qəbələ həqiqətən, sosial-iqtisadi inkişafını uğurla davam etdirir. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında dövlət başçısı İlham Əliyev demişdir: "Müasir dövrdə ölkəmizin sürətlə inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində, əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlamışdır".

Dövlət proqramında Qəbələ ilə bağlı nəzərdə tutulan tədbirlərin sistemli icrası bu rayonun dinamik inkişafını şərtləndirir. Ötən il rayonda əsas kapitala yönəlmiş investisiyanın həcmi 124,165 min manat, tikinti-quraşdırma işlərinin həcmi 93,123 min manat təşkil edib. Əvvəlki illə müqayisədə əsas kapitala yönəlmiş investisiyanın həcmi 77,202 min manatya 2,6 dəfə artıb.

Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə rayonda gərəkli tədbirlər həyata keçirilir.

Təbii qaz abonentlərinin sayı 7,569-dan 8,677-yə çatdırılıb. Qəbələ şəhərində qaz təchizatını yaxşılaşdırmaq məqsədi ilə il ərzində ümumilikdə 1662 metr müxtəlif diametrli borularla yeni qaz xətti çəkilib. 3215 ədəd istismar müddəti keçmiş qaz sayğacı yenisi ilə əvəz edilib. 3600 metr məsafədə köhnə polad qaz xətti yeni polietilen borularla əvəzlənib. Vəndam qəsəbəsində 23000 metr paylayıcı qaz xətti çəkilərək 758 mənzilə təbii qaz verilib. Bunlardan əlavə, Bum-Qəmərvan kəndləri istiqamətində 12 km, Nic qəsəbəsinə və qəsəbə ətrafındakı kəndlərə ümumilikdə 6,8 km magistral qaz kəməri çəkilib və işlər indidavam etdirilir.

Qəbələ şəhərinin su təchizatı sistemi yenidən qurulur. İndiyədək xeyli görülüb. Altı subartezian quyusu qazılıb, iki 1000 kubmetrlik su anbarında tamamlama işləri gedir. Dörd 600 kubmetrlik su anbarının üçündə və dörd 500 kubmetrlik su anbarında betonlama işləri qurtarıb. Əlavə bir su anbarı da tikilməkdədir. Anbarlararası magistral su xəttinin 16000 metrlik hissəsindən 13500 metri hazırdır. Müxtəlif diametrlik plastik borularla subartezian quyularından 1000 kubmetrlik su anbarına su xətti çəkilib. Kanalizasiya sisteminin yenidən qurulması işlərinin layihə sənədləri hazırlanıb, yaxın zamanda bu işə başlanılması nəzərdə tutulub.

Ötən il 15 kilometrlik məsafədə yol təmiri işləri görülüb. Şəhərin İ.B.Qutqaşınlı, A.Səhhət, 28 May küçələri, Qəbələ-Bum-Qəmərvan və Mirzəbəyli-Çuxur Qəbələ istiqamətində avtomobil yolu asfaltlaşdırılıb. Qalan yollar da asfaltlaşdırılacaqdır.

Ötən ilin ən böyük uğurlarından biri də Qəbələ Beynəlxalq Hava Limanının istifadəyə verilməsi olub. Olimpiya İdman Kompleksi, RİH-in yeni inzibati binası, Qarabağ müharibəsi və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası, "Qafqaz Sport Hotel" kimi obyektlərdə, həmçinin FHN-in hərbi hissəsində, sulimonad istehsalı müəssisəsində tikinti işləri başa çatdırılıb. Heydər Əliyev Fondunun xətti ilə Nic qəsəbəsində 420 şagirdlik tam orta məktəb binası tikilib. 80 şagirdlik İmamlı kənd məktəbi üçün yeni bina istifadəyə verilib.

Qəbələ mədəniyyət və atçılıq mərkəzlərində, şəhər məscidində, futbol akademiyasının stadionlar kompleksində, Yengicə kəndində İstisu müalicə və sağlamlıq kompleksində, Qaradeyin kəndində şərab zavodunun tikintisində və bir çox obyektlərdə inşaat işləri davam edir. Topbağ, Tövlə kəndlərində, Nic qəsəbəsində müasir məktəb binaları, Bum qəsəbəsində uşaq bağçası tikilir. Bir sıra təhsil müəssisələrində əsaslı və cari təmir işləri görülür. Zarağan kəndində tikintisi başa çatmış Qəbələ Seysmoloji Stansiyası artıq fəaliyyətə başlayıb.

Qəbələ şəhərində yolun hərəkət hissəsi genişləndirilib, yağış sularının axıdılması üçün yeraltı kanal çəkilib. Küçə və səkilərdə müasir işıqlandırma sistemləri quraşdırılıb, küçəətrafı bina və obyektlər üzlənib, milli memarlıq üslubunda hasarlar çəkilib, yaşıllıqlar salınıb.

Rayonun səhiyyə müəssisələrində də əsaslı təmir və yenidənqurma işləri görülüb. Mərkəzi xəstəxananın qəbul, mamalıq-ginekologiya şöbələri, rentgen kabineti əsaslı təmir edilib. Xəstəxana üçün 39,450 manatlıq avadanlıq, o cümlədən müasir rəqəmsal flüoqrafiya və qadın məsləhətxanası üçün dopler stasionar ultrasəs müayinəsi aparatları alınaraq quraşdırılıb. Talassemiyalı xəstələr üçün  qanköçürmə kabineti yaradılıb və lazımi avadanlıqlarla təmin edilib.

Qəbələnin sosial-iqtisadi inkişafının göstəricilərindən biri də ötən il 753-ü daimi olmaqla 1013 yeni yerinin açılmasıdır.

Həyata keçirilən tədbirlərlə yanaşı, qarşıda xeyli görüləsi işlər də var. Qəbələlilər əmindirlər ki, dövlətin yüksək qayğısı sayəsində bu iliuğurlar və nailiyyətlər ilinə çevirə biləcəklər. 

 

 

 Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2012.- 29 mart.- S. 3.