Vergilər Nazirliyinin informasiya texnologiyaları sahəsində siyasəti və strategiyası bilik menecmentinə əsaslanır

 

 Dünyada baş verən qlobal tendensiyalar, dünya iqtisadi sistemində inteqrasiyanın dərinləşməsi və biliklərə əsaslanan müasir iqtisadiyyatın qurulması texnoloji baxımdan təkmil vergi sistemlərini yaratmağa sövq edir. Bu baxımdan Azərbaycanın vergi xidməti son illər əsaslı modernizasiya prosesindən keçmiş, onun texnoloji imkanları genişləndirilmiş, vergi inzibatçılığı təkmilləşdirilmişdir. 2006-cı ildə vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS), 2007-2012-ci illərdə vergi ödəyiciləri üçün elektron bəyannamə, elektron vergi hesab-fakturalarının göndərilməsi, "onlayn kargüzarlıq", fizikihüquqi şəxslərin elektron qeydiyyatı sistemləri tətbiq edilmişdir.

Bu gün Azərbaycanın vergi xidməti qarşısında vergi inzibatçılığında informasiya texnologiyalarının tətbiqinin dərinləşdirilməsi, bu sahədə Vergilər Nazirliyinin idarəetmə sisteminin gücləndirilməsi, beynəlxalq təcrübəyə əsaslanan, müasir tələblərə cavab verən yeni uzunmüddətli strategiyanın hazırlanması vəzifəsi durur. Vergilər Nazirliyi yaxın perspektiv üçün informasiya texnologiyalarının tətbiqi sahəsində siyasətini 5 əsas strateji istiqamət üzrə aparmağı nəzərdə tutur.

Birinci istiqamət müasir informasiya texnologiyaları infrastrukturu çərçivəsində vergi ödəyiciləri ilə kontaktsız əlaqələrin qurulması və vergi ödəyiciləri üçün rahat olan geniş çeşidli e-xidmətlərin göstərilməsidir. Vergilər Nazirliyi vergi ödəyicilərinin geniş təbəqələrini əhatə etmək məqsədilə informasiya texnologiyalarının imkanlarından istifadə edərək elektron hökumətin tərkib hissəsi hesab edilən xidmətlərin elektron qaydada göstərilməsi prosesinə başlamışdır. Hazırda vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələri bütün mərhələlərdə - qeydiyyatdan başlayaraq bəyannamələrin təqdim edilməsi, vergilərin ödənilməsi, vergi nəzarəti prosesinədək əsasən müasir elektron texnologiyalara əsaslanır. Növbəti mərhələnin hədəfi vergi ödəyicilərinə elektron xidmətlərin spektrinin artırılmasıdır və bir "pəncərə prinsipi" əsasında təqdim edilməsidir. Hər bir vergi ödəyicisinin ona lazım olan bütün e-xidmətləri, ona tələb olunan sənədləri, o cümlədən ödəniş sənədlərini elektron qaydada asanrahat əldə etmək imkanı olmalıdır.

İnformasiya texnologiyaları siyasətində ikinci mühüm istiqamət informasiya texnologiyaları təməlli və bilik menecmentinə əsaslanan müasir vergi inzibatçılığının inkişaf etdirilməsi, onun şəffaflığının və yüksək səmərəliyinin təmin edilməsidir. Bilik menecmenti düzgün idarəetmə qərarlarının vaxtında verilməsinin təmin olunması məqsədilə verilənlərin məlumatlara, məlumatların isə düzgün biliklərə çevrilməsi üçün ən müasir menecment sahəsidir. Bilik menecmenti sistemi insanları, təşkilatçılıq mədəniyyətini, strukturu və texnologiyaları bir-birilə birləşdirən və bunun əsasında yüksək nəticələr əldə olunmasını təmin edən bir sistemdir. Belə sistem inkişaf etmiş ölkələrin mühüm dövlət təşkilatlarında, o cümlədən vergi administrasiyalarında son 10 il ərzində tətbiq olunur və artıq öz səmərəliyini göstərmişdir.

Müasir vergi administrasiyasında analitik potensialın gücləndirilməsi, yeni analitikinformasiya texnologiyalarından sərbəst istifadə edən və yüksək biliklərə malik olan kadrların ixtisaslaşdırılması vergi orqanlarının dayanaqlı inkişafını təmin edir. Beynəlxalq təcrübə göstərir ki, maliyyə böhranına baxmayaraq, xarici ölkələrin vergi orqanları hər il informasiya texnologiyalarına xərclərini 20 faizə qədər artırır. Məsələn, dünyada vergi inzibatçılığı sahəsində innovasiyaları ilə tanınan Avstraliyanın vergi administrasiyası informasiya texnologiyaları infrastrukturunun, veb-portalının və analitik potensialının gücləndirilməsi məqsədilə 2005-2010-cu illərdə "ATO Change Program" adlanan İnformasiya Texnologiyaları Modernizasiyası Layihəsinin icrası üçün 800 milyon dollara yaxın vəsait xərcləmişdir. Bu faktlar vergi inzibatçılığında informasiya texnologiyalarının vacibliyiniartan rolunu bir daha təsdiq edir.

Müasir informasiya sistemləri informasiya texnologiyaları təməlli vergi inzibatçılığının formalaşmasına dəstək verərək onun 4 əsas prinsip üzrə inkişafını təmin etməlidir. Bunlar asanlıq, az xərclərlə yüksək səmərəliyin əldə edilməsi, fərdi yanaşma, risklərin qiymətləndirilməsi və intellektual təhlilidir.

Asanlıq prinsipi baxımından müasir informasiya texnologiyaları və informasiya sistemləri vergi ödəyiciləri, həmçinin vergi orqanı əməkdaşları və rəhbərliyi üçün onların qarşısında duran vəzifələri asanlıqla yerinə yetirməkdə dəstək verməlidir. Vergi orqanlarının fəaliyyətində daha az cari xərclərlə yüksək səmərəlik əldə edilməsi ən vacib məsələlərdəndir. Bunun üçün informasiya texnologiyaları infrastrukturunun müasirləşdirilməli, vergi nəzarəti sistemində intellektual texnologiyalar tətbiq olunmalıdır. Vergi ödəyicilərinə təqdim edilən e-xidmətlərin rüsumsuz olması, "bir pəncərə prinsipi" əsasında bütün tələb olunan xidmətlərə e-çıxış əldə etmə imkanları, e-audit və məsafədən keçirilən digər vergi nəzarəti tədbirləri vergi ödəyicilərinin vaxtlarınainsan resurslarına qənaət etməsinə xidmət etməlidir. Fərdi yanaşma prinsipinə əsasən isə, vergi orqanlarında hər bir vergi ödəyicisi üçün xidmətlər və kömək fərdi olaraq təqdim olunmalıdır. Bu prinsip mühüm rol oynayır və vergi ödəyicisinin davranışına, vergi öhdəliklərinə könüllü əməl etməsinə müsbət təsir göstərir. Nazirliyin veb-portalının və 195 Telefon Məlumat Xidmətinin yaradılması və onların vasitəsilə təqdim edilən e-xidmətlərə, o cümlədən məsləhətlərin alınması üçün hər bir vergi ödəyicisi üçün e-çıxışın təmin edilməsi fərdi yanaşma prinsipinin reallaşmasıdır. Risklərin qiymətləndirilməsi və intellektual təhlil prinsipi müasir vergi inzibatçılığının özəyini təşkil edir. Müasir informasiya texnologiyaları infrastrukturu əsasında intellektual təhlilin aparılması ən zəruri məsələlərdən biridir. Bu istiqamət Vergilər Nazirliyinin perspektiv informasiya texnologiyaları siyasətində xüsusi yer tutur.

Vergilər Nazirliyinin informasiya texnologiyaları sahəsində ən mühüm layihələrindən biriRisk Menecmenti İnformasiya Sisteminin yaradılması ilə bağlıdır. Bu sistemin tətbiqi müxtəlif sahələr və vergi ödəyicilərinin qrupları üzrə risklərin təsnifləşdirilməsinə, risklərə əsaslanan auditoperativ nəzarət tədbirlərinin planlaşdırılması və həyata keçirilməsinə, borcların idarə edilməsinin daha az xərclərlə və yüksək səmərəliklə təmin olunmasına əsas yaradır.

Əhatəli və çoxölçülü təhlilin aparılması və nazirliyin rəhbərliyi tərəfindən qərarların qəbul edilməsinə informasiya dəstəyi verilməsi üçün Avtomatlaşdırılmış Strateji Menecment İnformasiya Sistemi (ASMİS) xüsusi əhəmiyyət kəsb edir. Bu sistem vasitəsilə vergi proqnozları və daxilolmaları, vergi ödəyiciləri, proseslərinə nəzarət, insan resursları sahələrində rəhbərliyin qərarlarının qəbul edilməsinə lazımi analitik dəstək təmin olunur.

Beynəlxalq təcrübədə geniş istifadə edilən Bİ (Business İntelligence) texnologiyaları istənilən formada, real vaxt rejimində məlumatların çoxölçülü təhlilini və intuitiv hesabatların formalaşdırılmasını təmin edir. Bu, hər seçilmiş qrup istifadəçilər üçün tezrahat şəkildə düzgün qərarların qəbul edilməsinə imkan verən ən optimal texnologiyadır və o, müxtəlif mənbələrdən böyük həcmdə alınan və emal olunan elektron məlumatların düzgünlüyünü, əhatəli və sürətli təhlilini təmin edir.

Vergilər Nazirliyinin veb-portalının e-hökumətin mühüm sistemi kimi daim inkişaf etdirilməsi, dövlət orqanları və banklar ilə e-məlumat mübadiləsinin genişləndirilməsi, vergi sahəsində informasiya resurslarının etibarlığının və təhlükəsizliyinin təmin edilməsi informasiya texnologiyaları siyasətində mühüm yer tutur. Vergilər Nazirliyinin veb-portalı vergi ödəyicilərinə göstərilən e-xidmətlər sahəsinin genişləndirilməsini, onların çeşidinin artırılmasını və əldə edilməsini təmin edir. Vergilər Nazirliyinin veb-portalının e-hökumətin veb-portalı ilə inteqrasiyasının təmin edilməsi Azərbaycanda e-hökumətin yaradılmasında ən mühüm addımlardan biridir. Nazirliyin digər dövlət orqanları və banklar ilə e-məlumat mübadiləsinin avtomatik rejimdə təmin edilməsi və nazirliyin bilik bazasında saxlanılması vergi məqsədləri üçün elektron informasiya üzrə operativliyin və davamlığın təmin edilməsi deməkdir.

Vergi orqanlarının informasiya menecmenti sisteminin beynəlxalq təcrübədə özünü doğrultmuş ən müasir strateji prinsiplər əsasında inkişaf etdirilməsi, kompyuter sistemlərinin və informasiya resurslarının etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi informasiya texnologiyaları sahəsində strateji istiqamətlərdən birini təşkil edir. Nəhayət, Vergilər Nazirliyinin informasiya texnologiyaları siyasətində daha bir strateji istiqaməti vergi inzibatçılığı sahəsində informasiya texnologiyaları innovasiyalarının təşviqinə daim dəstək verilməsi, e-kommersiya və e-xidmətlərlə bağlı əməliyyatların və qeyri-maddi aktivlərin internetdə aşkar olunması və vergitutma obyektləri kimi təsbit edilməsidir.

Ənənəvi vergitutma modeli XXI əsrin qlobal tendensiyalarına uyğun təkmilləşdirilməlidir. POS terminallar, internetmobil telefonlarla e-ödənişlərin aparılması və e-ticarətin geniş inkişafı ilə bağlı hüquqifiziki şəxslər yaxın gələcəkdə alqı-satqı əməliyyatlarını əsasən plastik kartlar və digər növ e-pullar vasitəsilə internet üzərindən aparacaqlar. Hüquqifiziki şəxslərin fəaliyyətində bank vasitəsilə və internet üzərindən aparılan əməliyyatların həcminin sürətlə artmasını nəzərə alaraq, sahibkarlıq subyektləri tərəfindən aparılan elektron əməliyyatlara görə vergilərin tutulması vergi inzibatçılığı sahəsində ən mürəkkəb məsələlərdən biridir. Bu istiqamətdə e-kommersiya və e-xidmətlərlə bağlı qeyri-maddi aktivlərin vergitutma obyektləri kimi təsbit edilməsi məsələləri Vergi Məcəlləsində və əlaqəli qanunvericilikdə mühüm dəyişikliklərin edilməsini, eləcə də elektron kommersiya və e-xidmətlərlə bağlı internet üzərindən aparılan əməliyyatların aşkarlanması məqsədilə vergi inzibatçılığı sahəsində innovasiya yönümlü intellektual texnologiyaların inkişafını və tətbiqini tələb edəcək.

 

 

 Asəf ƏSƏDOV,

vergilər nazirinin müşaviri,

3-cü dərəcəli dövlət vergi xidməti

müşaviri

 

Azərbaycan.- 2012.- 29 mart.- S. 4.