“Azərbaycan Respublikasında
2012-ci ilin “İdman
ili” elan
edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və "Azərbaycan Respublikasında
2012-ci ilin "İdman ili" elan edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 16 yanvar tarixli 1965 nömrəli sərəncamına
uyğun olaraq qərara alıram:
1.
"Azərbaycan Respublikasında 2012-ci ilin "İdman
ili" elan edilməsi ilə bağlı Tədbirlər
Planı" təsdiq edilsin.
2. Bu
sərəncamın 1-ci hissəsində nəzərdə
tutulmuş Tədbirlər Planının icrasının təşkilində
əlaqələndirici orqan Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
3.1.
"Azərbaycan Respublikasında 2012-ci ilin "İdman
ili" elan edilməsi ilə bağlı Tədbirlər
Planı"nda nəzərdə tutulmuş tədbirlərin
maliyyələşdirilməsini təmin etsin;
3.2.
bu sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 29 mart 2012-ci il
Azərbaycan.- 2012.- 30 mart.- S. 1.