Gənc
istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycanda gənc istedadlara dövlət
qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli 464
saylı Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi
sahəsində xüsusi istedadı olan
aşağıdakı şəxslərin adları Azərbaycanın
gənc istedadlarının “Qızıl kitabı”na
yazılsın və onlar Azərbaycan Respublikası
Prezidentinin xüsusi aylıq təqaüdünə layiq
görülsünlər:
Abbasov Murad Eldar oğlu - Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyası nəzdində Orta
İxtisas Musiqi Məktəb-studiyasının şagirdi
Ağalarova Günay Adil
qızı
- Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər
adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin
şagirdi
Babayeva Vüsalə Zakir
qızı
- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının
şagirdi
Hüseynli Məhərrəm
Rüfət oğlu - Bakı şəhər Leopold və Mstislav
Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin
şagirdi
Kərimov Ənvər Rüstəm
oğlu -
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində
Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdi
Manafzadə Atabala İkram oğlu - Abşeron rayon
Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin
şagirdi
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29 mart
2012-ci il
Azərbaycan.- 2012.- 30 mart.- S. 1.