Azərbaycanlıların soyqırımına həsr olunmuş abidə kompleksininya muzeyin yaradılması məsələsi müzakirə olunur

 

Azərbaycanlıların soyqırımına həsr olunmuş ümumi abidə kompleksininya muzeyin yaradılması ilə bağlı təşəbbüs vardır. Bu, hazırda Prezident Administrasiyasında öyrənilir, müvafiq qurumlar tərəfindən qiymətləndirilir.

Bu sözləri martın 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.

Əli Həsənov soyqırımına aid abidə kompleksininya muzeyinin harada yaradılacağı və bununla bağlı müsabiqənin elan edilməsi məsələlərinin müzakirə olunduğunu bildirmişdir. Məsələ ilə bağlı hələlik qərarın verilmədiyini deyən şöbə müdiri vurğulamışdır ki, milli yaddaşın formalaşdırılması, tarixi keçmiş, bu gün və gələcək arasında əlaqə yaratmaq, bu soyqırımı haqqında ictimai fikrin formalaşması üçün belə bir abidə kompleksininya muzeyin yaradılması vacibdir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 30 mart.- S. 1.