Parlamentin sədr
müavini Bahar Muradova Milli Məclisin Fəxri medalı ilə
təltif olunmuşdur
Milli Məclisin Sədri Oqtay Əsədovun sərəncamı ilə parlamentin vitse-spikeri Bahar Muradova ölkəmizdə parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı ilə təltif edilmişdir.
Martın 29-da parlamentin Sədri Milli Məclisin Fəxri medalını Bahar xanım Muradovaya təqdim edərək ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır. Milli Məclisin sədr müavini əməyinə verilən qiymətə görə minnətdarlığını ifadə edərək gələcəkdə də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün qüvvə və bacarığını əsirgəməyəcəyini söyləmişdir.
Azərbaycan.- 2012.- 30 mart.- S. 2.