Erməni saxtakarlığını ifşa edən əsər

 

Bu günlərdə erməni saxtakarlığını ifşa edən daha bir əsər işıq üzü görmüşdür. Kitabın müəllifi respublikanın tanınmış tarixçi-alimi, tarix elmləri doktoru, professor Həsənbala Sadıqovdur. Müasir tarixşünaslığın belə əsərlərə çox böyük ehtiyacı var. Çünki hələ də o saxta xalqın xəyanətindən, yalanlarından dünya əziyyət çəkir. Təəssüf doğuran odur ki, erməni saxtakarlığına inananlar, hətta onun arxasında duranlar da var.

Saxta erməni tarixini, erməni yalanlarını, xəyanətini kökündən ifşa edən professor Həsənbala Sadıqovun "Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımını və işğalı pərdələyən yalan" kitabı on fəsildən ibarətdir. Monoqrafiyanın "Giriş"ində professor yazır ki, mənbələrdən aydın olur ki, biz bir zamanlar fərqində olmasaq da, tariximizin müəyyən dövrlərində, xüsusən bu coğrafiyaya köçürüldükdən sonra baş verən siyasi proseslərdə dolayı və ya birbaşa ermənilərin iştirakı olmuşdur. Ən qədim dövrlərdən başlayaraq türk dünyasının, o cümlədən Azərbaycanın tarixini tədqiq etdikdə ermənilərin çoxlu saxtalaşdırmaları, tarixi mənbələrə əsaslanmayan və miflərdən qidalanan, dünyada tayı-bərabəri olmayan əsassız iddiaları ilə qarşılaşırıq. Yeri gəlmişkən qeyd edək ki, bu problemlə bağlı tarixşünaslığımızda bu vaxta qədər dağınıq olsa da, söz deyilib, fikirlər bildirilib. Həsənbala Sadıqov isə monoqrafiyasında problemə köklü şəkildə yanaşır, son məsələlərə, təkzibolunmaz faktlara söykənərək ermənilərin üzünü açır və geniş oxucu kütləsinə çatdırır.    Monoqrafiyanın birinci fəslində müəllif olduqca maraqlı mənbə və ədəbiyyatlar əsasında "Erməni adının mənşəyi", "Erməni adı və ermənilər haqqında", "Friqiyalılar", "Ermənilərin tarixən tabe olaraq yaşamış olduğu dövlətlər" kimi maraqlı məsələləri oxucuların nəzərinə inandırıcı şəkildə çatdırır. Mənbələrdən çıxış edən Həsənbala Sadıqov yazır ki, "Ermənilər tarixi mənbələrdən göründüyü kimi özlərinə hay, yaşadıqları bölgəyə də Hayastan deyiblər... əslində tarixçilərə görə coğrafi bölgə adı olan Ermənistanın bu gün erməni dediyimiz xalqla heç bir əlaqəsi yoxdur. Müəllifin yazdıqlarından aydın olur ki, "erməni" termini Urartunun son hakimi olan III Rusanın atası Ermənianın adı ilə əlaqəlidir". O qəti olaraq belə fikirdədir ki, bu tarixi şəxsiyyətin adı ilə və ya Urartu dövləti ilə hayların heç bir əlaqəsi yoxdur. Erməni sözü tarixən uydurulmuş bir etnonimdir. Həqiqət belədir ki, ermənilər Şərqi Anadoluya Miladdan əvvəl VI əsrin başlanğıcında Urartunun süqutundan sonra gəlmişlər. Bu məsələdə erməni yazarlarının uydurmaları nə həqiqətə, nə də tarixi faktlara söykənir. Haykların mənsubiyyətinə gəldikdə, burada da müəllif mənbələrə, onlardakı tarixi faktlara söykənərək öz fikrini bildirir: "Elm aləmində filoloji tədqiqatlardan məlum olur ki, erməni-hayk dili ilə urartuluların dili arasında əsaslı fərqlər vardır. Ermənilərin dili hind-Avropa dillərindəndir. Urartuluların dili m.ö. Şərqi Anadolu ilə Cənub-Şərqi Anadolunun bir bölgəsində yaşamış Hürri dili ilə qohum olub Asiya köklü bir dildir".

Professor monoqrafiyada haqlı olaraq yazır ki, indiki Ermənistan hayların ana vətəni olmaqdan çox uzaqdır. Bölgənin tarixicoğrafi toponimləri də buna imkan vermir. Ermənilərin Azərbaycan torpaqlarına gəlmələri tarixiçox uzaq deyildir. Hayların 1978-ci ildə Azərbaycanın Maraşan kəndində qurduqları "150 il obeleski" bunu təsdiq edir. Ermənilərin diş-çənə sistemnin təhilil də onların Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət edir. Fikrini təsdiqləmək üçün müəllifin ulu öndərdən gətirdiyi iqtibas olduqca dəyərlidir: "Ermənilərin Qafqazla, o cümlədən Azərbaycan torpağı olan Qarabağbaşqa yerlərlə tarixən heç bir əlaqəsi yoxdur. Qərbi Azərbaycan torpaqlarının XIX əsrdə rus işğalından başlayaraq "Erməni vilayəti" adlandırılması çarizmin türk dünyasını parçalamaq siyasətinin nəticəsi idi. Qısa müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi". Ulu öndər Heydər Əliyev fikrini belə davam etdirmişdi: "İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu".

Ermənilərin özlərini "seçilmiş millət" kimi qələmə vermələri, bu məsələdə miflərə, əfsanələrə söykənmələri bütün tarixləri boyu davam etdirilmişdir. Onların tarixi mənşəyi, coğrafi məkanları haqqında Həsənbala Sadıqov olduqca dəyərli araşdırmalar aparır və mühüm nəticələrə gəlir. Maraqlı cəhət burasındadır ki, bu problemi araşdırarkən professor Azərbaycan oxucusuna bir çox hallarda məlum olmayan mənbə və ədəbiyyatlara söykənir. Müəllifin onlarla yazardan, hətta erməni yazarlarından gətirdiyi iqtibaslar içərisində Jacğuls de Morqanın fikirləri diqqətimizi daha çox cəlb edir. "Hər halda sahib olduğumuz sənədlərdən anlaşıldığına görə ermənilərin Kappadokiyadan Ərzurum yaylasına doğru hərəkət etmələri m.ö. VIII və ya VII əsrdə olmuşdur. M.ö. ən azı 600 il əvvəl bu xalq Van gölüArarat çevrəsində bəzi məntəqələri işğal etməkdə idilər".

Professor çoxsaylı məxəz və mənbələrə söykənərək danılmaz faktlarla vətənsiz ermənilərin bütün tarix boyu buya başqa bir dövlətin tabeçiliyində olmasını geniş oxucu kütləsinə çatdırmağa çalışır. Onun Nikerland Krayblisdən gətirdiyi iqtibas daha maraqlıdır: "Ərəblərin, romalıların və bizansların istilası ilə keçmiş olan bu üç-dörd əsrdə əsaslı bir erməni  hökuməti təşkil edilmədiyindən, bu gün isə XV əsrdən bəri müstəqilliklərini itirdiklərindən ermənilərdə, balkanlarda görünən "keçmiş qüdrət" və "keçmiş hissi" oyadacaq bir mənəviyyat yoxdur".

Monoqrafiyanın "Ermənilərin tarix yazdırmaq üsulları", "Erməni kilsəsi erməni  tarixində" adlı II və III fəsillərində Alban tarixinin erməni kilsəsi tərəfindən saxtalaşdırıldığı, alban tarixçilərinin əsərlərinin zaman-zaman  ermənilər tərəfindən özününküləşdirildiyi öz əksini tapmışdır. Bu problemlə bağlı akademik Ziya Bünyadovdan gətirilən iqtibas daha maraqlıdır: "Erməni kilsəsi alban ruhanilərini tutduqları mövqelərdən sıxışdırıb çıxarmış və ölkədə ərəblərin əlləri çatmayan dağlıq yerlərdə yaşayan albanları möhkəm qriqoryanlaşdırmağa başlamışdı. Erməni ruhaniləri Arran kilsəsinin nüfuzunu yerli əhali arasında tədricən heçə çıxarmış və ərəb hakimlərinin əli ilə albanların bütün ədəbi abidələrini dağıdıb alban mədəniyyətini heç olmazsa, azacıq xatırlada biləcək hər şeyi məhv etmişlər. Bütün bu işlər, təkrar edirik, əvvəlcə xilafətin, sonralar isə digər işğalçıların icazəsi və köməyi ilə görülmüşdür". "Alban tarixi"nə həsr edilmiş əsərlərə gəlincə, onların üzünü erməni rahibləri köçürmüş, ruhunu dəyişmiş və saxtalaşdırmışlar. Bunu erməni tarixçilərinin özləri də belə etiraf edirlər.

Monoqrafiyanın "Ermənilərin Azərbaycana köçürülmələri" adlı VI fəsildə diqqəti çəkməyə bilməz. Doğrudur, bu problem tədqiqatçılarımız tərəfindən qismən öyrənilmişdir. Həsənbala Sadıqov isə problemlə bağlı məlumatları xarici tədqiqatçıların əsərləri əsasında sistemləşdirmiş və özünün dəyərli fikirlərini söyləmişdir.

Tədqiqat əsərinin VII fəsli bütövlükdə "1905-ci il hadisələri, təhsir (yer dəyişdirmə) qanunu, onun tətbiqi və nəticələri" probleminə həsr edilmişdir. Burada təhsiri meydana gətirən səbəblər, təhsir qanunu, Osmanlı dövlətində 1915-ci il hadisələri, təhsir sırasında türklərin və ermənilərin itkiləri, 1915-ci il hadisələrinin soyqırımı olmaması və onun hüquqi cəhətdən əsaslandırılması kimi məsələlər nəzərdən keçirilir.

Monoqrafiyanın X fəslinin "Erməni xəyanətlərinin yeni mərhələsi", "Ermənilərin Azərbaycana gəlmə obeleski", "80-ci illərin sonunda erməni xəyanət mərkəzləri", "Xocalı faciəsi", "Azərbaycanlıların müasir soyqırımı" kimi bölmələri bu xəyanətkar millətin üzünü açmaqda, onların yalanlarını ifşa etməkdə mühüm əhəmiyyət kəsb edir. Bu bölmələrin şərhində müəllif əvvəlcədən öz məqsədini açıqlayır: "...Biz burada Ermənistanla olan bütün münasibətlərin spekterini vermək fikirində deyilik. Dağlıq Qarabağla əlaqədar ortaya çıxan Azərbaycan və Ermənistan münasibətlərinin imkan daxilində bir neçə məsələsini - xəyanəti, yalanları və ermənilərin törətdikləri soyqırımı aktını verməyə çalışacağıq".

Həsənbala Sadıqov monoqrafiyada Xocalı soyqırımı ilə bağlı kifayət qədər maraqlı fakt və məlumatlar vermişdir. Təəssüflə qeyd edilməlidir ki, uzun müddət dünyanın ən aparıcı dövlətlərinin mətbuat səhifələrindən düşməyən bu müdhiş faciəyə inanmayanlar, ona obyektiv qiymət verməyənlər də az olmamışdır. Erməni informasiya maşını bütün gücü ilə törətdikləri bu soyqırımı ört-basdır etməyə çalışmış və qismən də məqsədlərinə nail ola bilmişdilər. Lakin zaman dəyişmişdir. Azərbaycan informasiya maşını erməni təbliğatını puça çıxarmaqdadır. Ermənilərin üzünü, xəyanətini, xalqımıza qarşı zaman-zaman törətdikləri vəhşilikləri, soyqırımları dünyaya bəyan etməkdədir. XX əsrin bu dəhşətli faciələrinə gəldikdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Faciəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaq insanlıq və vətəndaşlıq borcumuzdur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi".

Müəllif monoqrafiyanın sonunda onu da oxucuların nəzərinə çatdırır ki, ermənilərin Azərbaycan xalqının başına gətirdikləri bəlaların, faciələrin dünyaya bəyan edilməsində, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi barədə Heydər Əliyev Fondunun xidmətlərini xüsusi vurğulamaq lazımdır. Fondun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın, fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində təbliğat və təşviqatın aparılması yönündə çoxşaxəli fəaliyyət həyata keçirilir.

Professor Həsənbala Sadıqovun çoxsaylı mənbə və ədəbiyyatlardan istifadə edərək ərsəyə gətirdiyi monoqrafiya geniş oxucu kütləsinin böyük marağına səbəb olacaqdır. Fikrimizcə, bu monoqrafiya tək Azərbaycan oxucusu üçün deyildir. Yəqin ki, onun digər xarici dillərə tərcümə edilməsinə zərurət yaranacaqdır.

 

 

 Fəxrəddin MƏMMƏDOV

ATU-nun Azərbaycan tarixi

kafedrasının müdiri, professor

 

Azərbaycan.- 2012.- 30 mart.- S. 9.