Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır

 

 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 29-da Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy keçirmişlər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik, ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç nəzarət etmişlər.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 30 mart.- S. 11.