Seneqal Respublikasının Prezidenti
zati-aliləri cənab Məkki Salla
Hörmətli cənab Prezident!
Seneqal
Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz
münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram
ki, Azərbaycan ilə Seneqal arasındakı münasibətlər
xalqlarımızın mənafelərinə uyğun olaraq
dostluq və əməkdaşlıq məcrasında
inkişaf edəcəkdir.
Sizə
möhkəm cansağlığı, xoşbəxtlik, dost
Seneqal xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 30 mart
2012-ci il
Azərbaycan.- 2012.- 31 mart.- S. 4.