Nazirlər Kabineti iki yeni qərar qəbul etmişdir

 

Nazirlər Kabineti iki yeni qərar qəbul etmişdir.

"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" özünün 2012-ci il 26 yanvar tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.

Bu qərar martın 19-dan - imzalandığı gündən qüvvəyə minmişdir.

"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 246-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 2001-ci il 22 fevral tarixli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi sahəsində informasiyanın verilməsi və dövlət statistikasının aparılması Qaydaları"nda dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.

Bu qərar martın 28-dən - imzalandıqları gündən  qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda, həmçinin AzərTAc-ın www.azertag.com internet resursunda tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 4.