Hesablama Palatasının kollegiya iclası keçirilmişdir

 

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilmişdir.

Palatadan AzərTAc-a bildirmişlər ki, iclasda "Azərbaycan Respublikası Hesablama Palatasının 2011-ci ildə fəaliyyəti haqqında Hesabatı" geniş müzakirə edilmişdir.

Hesabatın sonunda dövlət büdcəsinin formalaşdırılmasına və dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə, dövlət əmlakının və vəsaitlərinin idarə olunmasına dövlət nəzarətinin gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın və hesabatlılığın artırılması və s. barədə Nazirlər Kabinetinə göndərilmiş 21 təklif və tövsiyə əks etdirilmişdir. Hesabat təsdiq edilmiş və Milli Məclisdə müzakirəyə təqdim olunması qərara alınmışdır.

Kollegiyada digər məsələlər və audit rəyləri barədə hesabatlar da müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 5.