Erməni əzabkeşliyinin astar üzü

 

1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixinin ən müdhiş hadisələrindən biri Xocalıda baş vermiş soyqırımıdır. Bu hadisə XX əsrin ən dəhşətli və ən qəddar faciələrindəndir. Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən türklərə qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Bu cinayət əməlinin başlanğıcı 1885-ci ildə yaradılan "Armenakan", 1887-ci ildə yaradılan "Hnçaq", 1890-cı ildə yaradılan "Daşnaksütyun" erməni terror təşkilatlarının və onların bazasında erməni kilsəsinin təşkilatçılığı ilə xarici dövlətlər tərəfindən Türkiyəyə qarşı bufer dövlət kimi əzəli Azərbaycan ərazisində yaradılmış Ermənistan dövlətinin tarixi ilə üst-üstə düşür. Öz miqyasına görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistlərinin və ideoloqlarının hədəfi Dağlıq Qarabağı və digər Azərbaycan ərazilərini ələ keçirmək, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə əzmini qırmaq, bu yolla da Türkiyə dövlətini zəiflətmək və türk soylu iki xalq arasında mövcud coğrafi əlaqəni kəsmək məqsədilə yaradılmış Ermənistan dövlətinin ərazisini süni şəkildə genişləndirmək olmuşdur. Tarixən üzərlərinə imkan düşən kimi müxtəlif rollar oynamaq vəzifəsi qoyulmuş və vaxtaşırı bu vəzifələri həyata keçirmiş ermənilər Türkiyə-Rusiya müharibələrində türklərə, İran-Rusiya müharibəsində farslara qarşı çıxmış, Amerikaonun müttəfiqlərinin SSRİ ilə apardıqları ideoloji mübarizədə birincilərə, son dövrlərdə isə Gürcüstan-AbxaziyaŞimali Osetiya məsələlərində ikincilərə informasiya təminatı ilə kömək etmişlər.

Hazırda isə dövlətləri olmadığı vaxtlarda Rusiya tərəfindən onlara dövlət bəxş edilməsini, bunun qarşılığında sonunculara qarşı sədaqətli olacaqlarına dair vədləri unudaraq Rusiyaya qarşı yaradılmış görünməyən cəbhədə iştirak edirlər. Çünki onların vədləri müttəfiqin zəiflədiyi ana qədər davam edir. Üstəlik bütün bu tarixi-psixoloji proseslərin sayəsində onların beyni davamlı olaraq planlı şəkildə antitürk əhval-ruhiyyəsinə kökləndirilir və bu günkaloniyal düşüncə sisteminin patoloji səviyyəsindədir. Onlarda sənətkarlığın (əsirlik peşəsinin) geniş yayılması, patoloji kollektivçilik, özgə millətlərə, mədəniyyətlərə, dinlərə qarşı dözümsüzlüks. bu mənşədən qidalanır. Ermənilər daim özlərini istedadlı, dünya sivilizasiyasına elm və mədəniyyət sahəsində böyük töhfələr verən xalq kimi tanıtmağa çalışsalar da, bu sahədə yeganə "uğur"ları elmi-tədqiqat obyektlərini, habelə istehsal sahələrinin rəhbər vəzifələrini ələ keçirib həmin sahələri öz adlarına çıxara bilməkdən ibarət olmuşdur. Özlərini ermənilərin başbilənləri kimi ortaya atan erməni siyasətbazları qarşılarına türk xalqlarını millidini zəmində məhv edib torpaqlarını ələ keçirmək məqsədi qoyaraq öz xalqını da buna cəlb etmişlər. Bunun üçün onlar türkləri fürsət düşən kimi qırır, şikəst edir, intellektinimentalitetini oğurlayaraq öz siyasətlərinə uyğun dəyişdirirlər. Bununla kifayətlənməyən soyqırımı müəllifləri və icraçıları özlərinin cinayətkar əməllərinin məzmununu və xarakterini dini pərdə altında gizlədərək beynəlxalq miqyasda da bu siyasətlərinə tərəfdarlar tapmaq istiqamətində geniş fəalliyyət göstərirlər. Bəzən də onların bu cəhdləri böyük maliyyə ehtiyatlarına malik erməni diasporunun qarşısında özünü saxlaya bilməyən şəxslərin simasında müvəqqəti olaraq yanlış qələbə görüntüsü yaradır.

Ermənilər bu gündinc dayanmırlar, çünki yuxuda gördükləri "böyük Ermənistan" hələ yaradılmayıb. Onlar iki əsr əvvəl Gürcüstan ərazisinə köçürüldükləri Axalkalakini Gürcüstandan, Van ərazisini Türkiyədən qoparmağa cəhd edirlər. Çünki həmişə onların başqa ölkələrin torpaqlarına iddialarını həyata keçirmək üçün seçdikləri vaxt həmin dövlətlərin zəifləməsi dövrünə təsadüf edib. Bunun üçün ermənilərin daxildə və xaricdə beyin mərkəzləri, diasporları, kilsələri geniş fəaliyyət göstərir. Onlar bu məqsədlərini həyata keçirmək üçün bütün imkanlardan maksimum  istifadə edirlər. Ermənilərin bu "siyasət"ini hətta onlara himayədarlıq edən ölkələr də belə tam aydınlığı ilə başa düşə bilmirlər. Çünki ermənini başa düşmək üçün əsrlərlə onlarla birlikdə yaşamaq da kömək etmir. Kömək etsəydi indi Göyçəsiz, İrəvansız, Zəngəzursuz və nəhayət, Qarabağsız qalmazdıq. Kömək etsəydi yüz minlərlə soydaşımız qaçqın və köçkün gününə düşməzdi. Kömək etsəydi bu gün Xocalı faciəsinin 20-ci ilini yaşamazdıq.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni yaraqlıları və hərbi birləşmələri keçmiş sovet ordusundan qalma 366-cı alayın köməyi ilə birlikdə Xocalıya basqın etməsini, 613 nəfərin öldürüldüyünü, 1000 nəfərin yaralandığını, 8 ailənin tam məhv edildiyini,  1275 nəfər dinc sakinin girov götürüldüyünü, onların 150-nin taleyinin indiyədək məlum olmadığını necə unutmaq olar?!

Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, 4 gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit, o cümlədən 13 uşaq məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza rəyi ilə 151 nəfərin ölümünə səbəb güllə, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər isə küt alətlə qətlə yetirilmişdir. Mərkəz diri adamın baş dərisinin soyulması kimi vəhşiliyi də qeydə almışdır. Eləcə də ermənilərin sağ qalmış insanların üzərində təhqiredici hərəkətlər həyata keçirib onların başlarının dərisini soyması, başlarını, digər bədən üzvlərini kəsməsi, uşaqların gözlərini çıxarması, hamilə qadınların qarnını yarmaları, istifadəsi qadağan olunmuş silahsursatlardan istifadə etmə faktları aşkar olunmuşdur.

Ulu öndər Heydər Əliyev bu soyqırımına qiymət verərək demişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani  cəza  üsulları  ilə  bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Bu cinayət həm ümummilli liderin, sonrakı illərdə Prezident İlham Əliyevin siyasətləri nəticəsində bəşəriyyət tərəfindən təsdiq olundu. Artıq dünya ictimaiyyəti "əzabkeş" ermənilərin  Azərbaycan xalqına qarşı soyqırımı törətdiyini, Qarabağın işğal altındakı maddi mədəniyyət abidələrini, dini ocaqları məhv etdiklərini və ya "erməni mədəni abidələri" adı altında özəlləşdirdiklərini görür. Xocalı soyqırımından əvvəl Sumqayıtda törədilən hadisələrin müəlliflərinin, icraçılarının da ermənilər olması və bu hadisələrin ermənilər tərəfindən törədilməsi hamıya bəllidir. İndi Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. MeksikaPakistan parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyır.

Azərbaycanın apardığı uğurlu siyasət "əzabkeş" erməni millətçilərinin artıq uzağa gedə bilməyəcəyini, tarixin siyasi səhnəsində uduzduqlarını göstərir.

 

 

Novruz KƏRİMOV,

hüquqşünas

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 8.