Səbail rayonunda
“Xoca” filminə
ictimai baxış keçirilmişdir
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki "Sinema-klub"da Səbail rayon ictimaiyyətinin "Xoca" filminə ictimai baxışı keçirilmişdir.
RİH-dən AzərTAc-a bildirmişlər ki, tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, müharibə veteranları, bir sıra ictimai təşkilat və birliklərin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirakçılara 1918-ci il hadisələri, ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər barədə məlumat vermişdir. A.Əsgərov qeyd etmişdir ki, Azərbaycana qarşı aparılan soyqırımı siyasətinin tarixi uzun olsa da, bu barədə əsl həqiqət ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. 1918-ci il martın 31-də ermənilər tərəfindən həyata keçirilən soyqırımı yalnız ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. Bildirilmişdir ki, həmin vaxtdan 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində geniş iqtisadi potensiala malik qüdrətli bir dövlətə malik olduğumuzu deyən A.Əsgərov Azərbaycanın beynəlxalq aləmdə günbəgün artan siyasi nüfuzu barədə də ətraflı danışmışdır.
Sonda
rejissor Vahid Mustafayevin "Xoca" filmi nümayiş
etdirilmişdir.
Azərbaycan.- 2012.- 31 mart.- S. 9.