Bakıda reklamla bağlı Birinci Bakı Beynəlxalq elmi-praktiki konfransı başa çatmışdır

 

Martın 30-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Reklamçılar İttifaqının təşkilatçılığı ilə "Reklam mədəniyyəti - reallıqlar və perspektivlər. Reklammarketinq məsələlərinə müasir baxış" mövzusunda Birinci Bakı Beynəlxalq elmi-praktiki konfransı başa çatmışdır.

AzərTAc xəbər verir ki, iki gün davam edən konfransda Azərbaycan nümayəndələri ilə yanaşı, dünyanın 20 ölkəsindən, o cümlədən Türkiyə, Rusiya, Ukrayna, İngiltərə, İran, Gürcüstandan tanınmış reklammarketinq mütəxəssisləri iştirak etmişlər.

Konfrans çərçivəsində Azərbaycanın turizm imkanlarının, mədəni-tarixi abidələrinin fotoşəkillərinin nümayiş etdirildiyi sərgi təşkil edilmişdir.

Konfransın son günündə Azərbaycan və xarici reklam mütəxəssisləri ustad dərsləri keçmişlər. Mütəxəssislər seçilmiş mövzu ətrafında fikirlərini bölüşmüş, gənc mütəxəssislərə dəyərli məsləhətlər vermiş və onları maraqlandıran sualları cavablandırmışlar.

Sonda konfransın qətnaməsi oxunmuşreklam işi sahəsində fəaliyyət göstərən mütəxəssislərə diplom, fəxri fərman və xatirə hədiyyələri təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 10.