Beynəlxalq müsabiqənin qalibi həmyerlimizdir

 

Gənc azərbaycanlı virtuoz musiqiçi Elvin Xoca mart ayının 13-dən 23-dək Madriddə keçirilən Beynəlxalq müsabiqənin qalibi seçilib.

Gənc istedadların "Qızıl kitab"ına adı daxil edilən Elvin Xoca Qəniyev Türkiyənin Bilkənd Universiteti musiqi liseyinin şagirdidir. Türkiyə, Çin, İsrail, İspaniya, Serbiya, Suriya, Yunanstan, Yeni Zelandiya, Rumıniya, Meksikas. dövlətləri təmsil edən 53 ifaçının arasından birinciliyə layiq görülmə sevincini həmyerlimiz Elvin Xoca Qəniyev yaşayıb. Adı gənc istedadların "Qızıl  kitab"ına daxil edilən virtuoz musiqiçini qarşıda böyük uğurlar gözləyir. Dünya şöhrətli musiqiçi Yuri Nasuşkin-Labovskinin sədrlik etdiyi münsiflər bu qənaətdədirlər və ona  görə də Prezident təqaüdçüsi olan Elvindən bu ilin sentyabrında keçiriləcək skripkaçıların Beynəlxalq Çaykovski müsabiqəsində də uğurlu nəticə gözləyirlər.

 

 

M.SADIQZADƏ

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 11.