Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 102  Bakı şəhəri, 10 may 2012-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nda dəyişiklik edilməsi barədə

 

 "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 8, maddə 464; 2005, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370, ¹ 9, maddə 822; 2008, ¹ 5, maddə 432) ilə təsdiq edilmiş "Mühafizə zonalarının ölçüləri, sərhədləri istifadəsi Qaydaları"nın 11-ci hissəsində "mühəndis-texniki qurğular üzrə" sözlərindən sonra "balansında olan obyektlərə münasibətdə Fövqəladə Hallar Nazirliyi "  sözləri əlavə edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Resrublikasının Baş naziri

 

 

Azərbaycan.- 2012.- 13 may.- S. 5.