Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 103 Bakı şəhəri, 10 may 2012-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 195 nömrəli qərarı
ilə təsdiq edilmiş "Su obyektlərinin
istifadəsi və mühafizəsi üzərində
dövlət nəzarətinin
həyata keçirilməsi
Qaydaları"nda dəyişiklik
edilməsi barədə
"Azərbaycan
Respublikası Fövqəladə
Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət
Agentliyi haqqında Əsasnamənin təsdiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 22
noyabr tarixli 525 nömrəli Fərmanının
2.1-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA
ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 195 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 602; 2005, ¹ 1, maddə 49, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370; 2007, ¹ 4, maddə 390) ilə təsdiq edilmiş "Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 3-cü hissəsinin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"3. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (yerüstü su obyektləri üzrə) həyata keçirirlər.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Resrublikasının Baş naziri
Azərbaycan.- 2012.- 13 may.- S. 5.