Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 104 Bakı şəhəri, 10 may 2012-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli qərarı
ilə təsdiq edilmiş "Suların vəziyyətinə
təsir edən müəssisələrin, qurğuların və
digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi
və onların tikinti layihələrinin
razılaşdırılması, onların dövlət
ekspertizası və istismara verilmə Qaydaları"nda dəyişikliklər
edilməsi barədə
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 603; 2005, ¹ 1, maddə 49, ¹6, maddə 558; 2006, ¹ 4, maddə 370, ¹ 9, maddə 822) ilə təsdiq edilmiş "Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bəndin ikinci abzasında "müvafiq icra hakimiyyəti" sözləri "dövlət" sözü ilə əvəz edilsin;
1.2. 1.3-cü bənddə birinci və ikinci halda "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözlərindən sonra "və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi" sözləri əlavə edilsin;
1.3. 3.3-cü bənddə "ekologiya və təbii sərvətlər" sözlərindən sonra ", fövqəladə hallar" sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Resrublikasının Baş naziri
Azərbaycan.- 2012.- 13 may.- S. 5.