Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 106  Bakı şəhəri, 10 may 2012-ci il

 

 "Dövlət su kadastrının aparılması qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 5 dekabr tarixli 261 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 5 dekabr tarixli 261 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹1, maddə 49, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370) aşağıdakı dəyişikliklər edilsin:

1.1. preambulada "42 və 45-ci maddələrinə" sözləri "26-cı maddəsinə" sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə "Nazirliyinə" sözündən sonra "və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə" sözləri əlavə edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Resrublikasının Baş naziri

 

Azərbaycan.- 2012.- 13 may.- S. 5.