Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 107  Bakı şəhəri, 10 may 2012-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli 216 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 12, maddə 867; 2005, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370) ilə təsdiq edilmiş "Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü, 6-cı və 9-cu hissələrdə "Azərbaycan  Meliorasiya     Su  Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözlərindən əvvəl "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və" sözləri əlavə edilsin;

1.2.  12-ci hissədə "rejimi" sözündən sonra "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi," sözləri əlavə edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Resrublikasının Baş naziri

 

Azərbaycan.- 2012.- 13 may.- S. 5.