Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərar
¹ 109 Bakı şəhəri, 10 may 2012-ci il
"Azərbaycan
Respublikasının su
qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
"Azərbaycan Respublikası
Fövqəladə Hallar
Nazirliyinin Su Ehtiyatları
Dövlət Agentliyi haqqında Əsasnamənin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanının 2.1-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikasının
su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 10, maddə 627; 2005, ¹ 1, maddə 49,
¹ 6, maddə 558; 2006, ¹ 4, maddə
370) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla
təsdiq edilmiş
"Su obyektlərinin istifadəsi
və mühafizəsi
sahəsində normalaşdırma
Qaydaları"nda aşağıdakı
dəyişikliklər edilsin:
1.1.1.
3-cü, 4-cü və 6-9-cu hissələrdə "tərəfindən"
sözündən sonra
"Fövqəladə Hallar
Nazirliyi," sözləri
əlavə edilsin;
1.1.2. 5-ci
hissədə "tərəfindən"
sözündən sonra
"Fövqəladə Hallar
Nazirliyi ilə razılaşdırmaqla" sözləri
əlavə edilsin;
1.2. həmin qərarla
təsdiq edilmiş
"Sudan istifadə limitlərinin
hazırlanması və
həyata keçirilməsi
Qaydaları"nda aşağıdakı
dəyişikliklər edilsin:
1.2.1.
3-cü hissədə "təşkilatları"
sözündən sonra
"və Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyi" sözləri əlavə
edilsin;
1.2.2. 6-cı hissədə
"Azərenerji Səhmdar
Cəmiyyəti," sözlərindən
sonra "Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi və" sözləri əlavə
edilsin;
1.2.3. 8-ci
hissədə "Azərbaycan
Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi"
sözlərindən sonra
"və Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyi" sözləri əlavə
edilsin;
1.3. həmin qərarla
təsdiq edilmiş
"Su ehtiyatlarının kompleks
istifadəsi və mühafizəsi sxemlərinin
işlənib hazırlanması,
razılaşdırılması, dövlət ekspertizası,
təsdiqi və həyata keçirilməsi
Qaydaları"nda aşağıdakı
dəyişikliklər edilsin:
1.3.1. 7-ci
hissədə "Nazirliyinin"
sözündən sonra
", Azərbaycan Respublikası
Fövqəladə Hallar
Nazirliyinin" sözləri
əlavə edilsin;
1.3.2. 8-ci
hissədə "tərəfindən"
sözündən sonra
"Azərbaycan Respublikası
Fövqəladə Hallar
Nazirliyinin" sözləri
əlavə edilsin;
1.3.3. 11-ci
hissədə "əsasında"
sözündən sonra
"Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi, " sözləri əlavə edilsin;
1.3.4.
12-ci hissədə üçüncü
halda "və" sözündən əvvəl
", Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi" sözləri
əlavə edilsin;
1.3.5.
13-cü hissədə "sxemləri" sözündən
sonra "Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyi ilə razılaşdırmaqla"
sözləri əlavə
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Resrublikasının Baş
naziri
Azərbaycan.- 2012.- 13 may.- S. 5.