Azərbaycan Prezidenti İlham Əliyevin və Moldova Prezidenti Nikolaye Timoftinin görüşü

 

Mayın 15-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Moldova Respublikasının Prezidenti Nikolaye Timoftinin görüşü olmuşdur.

Əlaqələrimizin müxtəlif sahələrdə inkişafından məmnunluğun ifadə olunduğu görüşdə dövlət başçıları Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etdilər.

Görüşdə ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 may.- S. 1.