Azərbaycan Prezidenti İlham
Əliyevin və Qırğızıstan Prezidenti
Almazbek Atambayevin görüşü
Mayın 15-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə olundu. Qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafına böyük töhfə verdiyi vurğulandı. İkitərəfli faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğu bildirildi.
AzərTAc
Azərbaycan.- 2012.- 17 may.- S. 1.