Səfər başa çatdı
Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 15-də Rusiyaya işgüzar səfəri başa çatmışdır.
Moskvanın Vnukovo-2 Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
* * *
Mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Bakıya qayıtmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 17 may.- S. 1.