Norveçin Kralı əlahəzrət V Haralda
Əlahəzrət!
Norveç Krallığının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Norveç münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz bundan sonra da öz inkişafını davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 7 may 2012-ci il
Azərbaycan.- 2012.- 17 may.- S. 1.