Mirvarid Dilbazinin 100 illik
yubileyinin keçirilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2012-ci ilin avqust ayında müasir Azərbaycan poeziyasının görkəmli
nümayəndəsi, xalq
şairi Mirvarid Paşa qızı Dilbazinin anadan olmasının 100 ili tamam olur.
Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni
obrazlarla zənginləşdirən
sənətkardır. Onun yaradıcılığının
başlıca mövzusunu
xalqımızın zəngin
tarixi keçmişi və yurdumuzun misilsiz gözəlliklərinin
tərənnümü təşkil
etmişdir. Şairin çoxsaylı
lirik əsərləri
vətəndaşlıq duyğularının
yüksək poetik ifadəsidir.
Azərbaycan ədəbiyyatının inkişafında mühüm
xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsini
təmin etmək məqsədi ilə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Yazıçılar
Birliyinin təkliflərini
nəzərə almaqla,
Mirvarid Dilbazinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2012-ci il
Azərbaycan.- 2012.- 17 may.- S. 1.