BMT-nin gündəliyini indi Azərbaycan müəyyən
edir
Çağdaş dünyanın sürətlə
dəyişən siyasi
nizamı bu prosesdə baş qaldıran nüfuz savaşından qalib çıxmaq, beynəlxalq
miqyasda öz yerini möhkəm saxlamaq üçün çevik siyasət tələb edir. Hər ölkə bu proseslərin axarı ilə ayaqlaşa bilmir. Misal üçün, Ermənistan
kimi asılı dövlətlər kiminsə
ətəyindən yapışmaqla
uçurumdan xilas olmağa can atırlar.
Azərbaycan da vaxtilə uçurumun bir addımlığında idi. Bir tərəfdən
Ermənistanın havadarlarının
köməyi ilə işğalçılıq siyasətini
genişləndirməsi, kənardan
Azərbaycanda etnik münasibətlərin süni
şəkidə qızışdırılmasına
yönəlik cəhdlər
nəinki müstəqilliyimizi,
dövlət kimi mövcudluğumuzu sual altında qoymuşdu.
Belə bir vaxtda ulu
öndər Heydər
Əliyevin hakimiyyətə
dönüşü ilə
hər şey kökündən dəyişdi.
Ulu öndərin uzaqgörənliyi
ilə Azərbaycanın
müstəqilliyinin və
dövlətçiliyinin təməli
möhkəmləndirildi. Heydər Əliyevin sayəsində
inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycan
həm də tədricən beynəlxaq
etimadı qazandı, diplomatik nailiyyətlərin
əsası qoyuldu.
Ötən 8 ildə Prezident İlham Əliyevin sayəsində respublikamız
beynəlxalq müstəvidə
saysız-hesabsız diplomatik
uğurlar əldə
edib. Bu illər müstəqillik tariximizə
Azərbaycanın beynəlxalq
imicinin daha da yüksəlməsi, etibarlı tərəfdaş
kimi dünya birliyindəki yerinin möhkəmlənməsi dövrü
kimi daxil olub. Ötən ilin oktyabrında Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına üzv
seçilməsi isə
müstəqilliyimizin 20 ili ərzində qazanılan siyasi-diplomatik nailiyyətlərin zirvəsi
oldu. Erməni lobbisinin və antiazərbaycan şəbəkənin
cəhdlərinə baxmayaraq
BMT-nin 193 üzvündən
155-nin Azərbaycanı dəstəkləməsi
ölkəmizin beynəlxalq
nüfuzunun, uğurlu
xarici siyasətinin təntənəsi idi.
Bu gün Azərbaycan
BMT Təhlükəsizlik Şurasının
həm də sədri olmaqla son dərəcə möhtəşəm
və tarixi diplomatik uğurun təntənəsini yaşayır. BMT-dəki fəaliyyətinin
20-ci ildönümündə ölkəmizin bu təşkilatın əsas
strukturuna rəhbərlik
etməyə başlaması
həqiqətən çox
əlamətdar siyasi hadisədir. May ayı
ərzində və eləcə də gələn ilin sentyabrında Azərbaycan
BMT TŞ-ya sədrliyi
zamanı bu qurumun gündəliyini müəyyən edəcək,
proseslərin fəal iştirakçısı olacaq.
BMT TŞ-ya həm
üzvlüyü, həm
sədrliyi zamanı Azərbaycan bu qurum qarşısında olan öhdəliklərinə
sadiq qalacaq, dünyanın haqq səsinin bu yüksək tribunadan çatdırılmasına çalışacaq.
Mayın
4-də Nyu-Yorkda Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik
Şurasının yüksək
səviyyəli iclasında
müzakirəyə təqdim
edilən "Terror aktlarının
beynəlxalq sülh və təhlükəsizliyə
yaratdığı təhdidlər"
mövzusu da göstərdi ki, Azərbaycan bu ali qurumda məhz
sülhün və təhlükəsizliyin təmin
olunması naminə konkret fəaliyyət ortaya qoyur. Həmin
iclasda BMT-nin baş katibi Pan Gi Munun iştirakı
və Prezident İlham Əliyevin təqdim etdiyi müzakirə ilə bağlı fikirlərini bildirməsi, həmçinin
bu məsələ ilə əlaqədar
ABŞ, Almaniya və digər ölkələrin
təmsilçilərinin çıxış
etməsi Azərbaycanın
terrorla bağlı narahatlığına verilən
beynəlxalq həmrəyliyin
göstəricisidir. Prezident
İlham Əliyev çıxışında Azərbaycanın
BMT TŞ-ya sədrliyi
zamanı ədalət
ideallarının bərqərar
olmasına öz töhfələrini verəcəyini
bildirib: "Azərbaycan
ədalət ideallarını,
beynəlxalq hüququ
və bütün ölkələr arasında
sülh şəraitində
əməkdaşlığı müdafiə edəcəkdir.
Biz bölgəmizdə
region ölkələrini bir
araya gətirmək üçün çox çalışırıq. Təşəbbüslərimiz regional əməkdaşlığın
dostluq, tərəfdaşlıq
və yaxşı qonşuluq ruhunda genişləndirilməsinə yönəlib.
Biz birmənalı olaraq Təhlükəsizlik
Şurasında sədrliyimiz
zamanı böyük
töhfəmizi verəcəyik".
Bütövlükdə, Azərbaycanın
BMT TŞ-da fəaliyyət
göstərəcəyi iki
il ölkəmiz üçün
çox mühüm dövrlərdən biri olaraq tarixə düşəcək. BMT TŞ-da uğurlu fəaliyyət nəticəsində
Azərbaycanın beynəlxalq
nüfuzu daha da artacaq, ölkəmiz
regionun lideri statusunu möhkəmləndirməklə
yanaşı, dünya
siyasətində söz
sahibi olacaq. Şübhəsiz ki, bu uğurlar üzləşdiyimiz
ağır problemin - Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
maraqları çərçivəsində
həlli istiqamətində
mühüm rol oynayacaq.
Günel MƏLİKLİ,
Bakı Dövlət Universitetinin
Politologiya və sosiologiya
kafedrasının doktorantı
Azərbaycan.- 2012.- 17 may.- S. 3.