ABŞ Azərbaycanı
bölgədə ən etibarlı müttəfiqi və demokratik inkişafın, iqtisadi
modernləşmənin, sosial yüksəlişin
ən mükəmməl modeli kimi qəbul edir
Barak OBAMA,
Amerika Birləşmiş Ştatlarının
Prezidenti
BİRLƏŞMIŞ ŞTATLAR AZƏRBAYCANLA
TƏRƏFDAŞLIĞINI YÜKSƏK DƏYƏRLƏNDİRİR
- Birləşmiş Ştatlar
Azərbaycanla tərəfdaşlığını
yüksək dəyərləndirir.
Birləşmiş Ştatlar
regional enerji təhlükəsizliyinin
gücləndirilməsi, Azərbaycanın
demokratik və çiçəklənən dövlət
kimi inkişafının
təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən
də Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinin tapılması məsələlərində
Azərbaycan hökuməti
və xalqı ilə birgə işləmək məqsədilə
daha böyük imkanların inkişaf etdirilməsinə sadiqdir.
Azərbaycan.- 2012.- 17 may.- S. 4.