Azərbaycanın demokratik ölkə, regional qlobal lider kimi inkişafına inanırıq

 

Erik RUBİN,

ABŞ Administrasiyasının rəsmi təmsilçisi, dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin müavini

 

- Fikrim 20 il əvvələ gedir. Mən lap əvvəldən bu əlaqələrin qurulmasında iştirakçı olmuşam. Görün, qədər yol gəlmişik, Azərbaycan bizə qədər yaxın olub. Hesab edirəm ki, o günləri xatırlamaq, bu əlaqələrin yaradılmasına töhfə vermiş burada iştirak edən hər bir insanda şəxsi məmnunluq hissi yaradır.

ABŞ-Azərbaycan əlaqələri rəsmi Vaşinqtonun bütün strukturlarında mühüm yer tutur. Prezident Barak Obama, dövlət katibi Hillari Klinton, habelə Kapitolidəki digər həmkarlarımıza görə bu əlaqələr çox mühümdür, inkişaf etməkdədir.

Dövlət katibi Hillari Klinton keçən il ABŞ ilə Azərbaycan arasındakı əlaqələrin mühüm uzunmüddətli olduğunu xarakterizə etmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra əlaqələrimiz genişlənib. Düşünürəm ki, bu əlaqələrin mərkəzində enerji əməkdaşlığı durur. Bizim, eyni zamanda mühüm təhlükəsizlik iqtisadi əlaqələrimiz var. Biz dəfələrlə demişik ki, Azərbaycanın beynəlxalq sülhməramlı səylərdə, o cümlədən Əfqanıstandakı beynəlxalq tranzit, təchizat fəaliyyətində dəstəyi çox mühümdür. Bu bizim, qonşularımızın, bütün tərəfdaşlarımızın səylərinə köməkdir.

Bu il ABŞ təyyarələri Azərbaycan üzərindən Əfqanıstana minlərlə tranzit uçuşları edəcək, ölkənin yerüstü yollarından vacib yüklər daşınacaq. Azərbaycanın beynəlxalq arenada çox mühüm yeri var. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdir mən bu münasibətlə ölkənizi təbrik edirəm. Azərbaycan Təhlükəsizlik Şurasında qlobal təhlükəsizlik məsələlərinə öz bağlılığını artıq nümayiş etdirmişdir biz Azərbaycan Prezidenti İlham Əliyevin may ayında şuranın xüsusi iclasına gəlməyini məmnuniyyətlə qeyd edirik.

Təhlükəsizlik məsələlərinə gəldikdə isə deməliyəm ki, biz Dağlıq Qarabağ münaqişəsinin həllini Birləşmiş Ştatlar üçün prioritet məsələ hesab edirik. Şəxsən Prezident Barak Obama, habelə Hillari Klinton digər rəsmilərimizin adından deyə bilərəm ki, bu məsələnin sülh yolu ilə ədalətli həlli çox vacibdir. Birləşmiş Ştatlar 20 ildir davam edən bu problemin həllində ATƏT-in həmsədrlərinə tərəflər arasındakı danışıqlar prosesinə yaxından köməklik göstərmək əzmindədir. Biz inanırıq ki, sülh mümkündür vacibdir. İnanırıq ki, Azərbaycan hakimiyyəti bunu istəyir. Tərəflərin istəyi siyasi iradəsi ilə biz indiki qəbuledilməz status-kvodan çıxa, regionda daha təhlükəsiz gələcəyə doğru gedə bilərik. Qarşıdakı illərdə bu bizim üçün prioritet məsələ olacaq.

Həm Birləşmiş Ştatlar hökuməti, həm Konqres, həm özəl sektorun marağı nöqteyi-nəzərindən qeyd etməliyəm ki, Bakı-Tbilisi-Ceyhan videogörüntülərindən izlədiyimiz "Əsrin müqaviləsi" layihəsi, doğrudan da, gələcək birgə əməliyyatlarımız üçün sınaq oldu. Biz daha uzağa getməli, yeni bir "İpək yolu" açmalıyıq. İnanırıq ki, bu, sadəcə söz deyil, real imkandır.

Keçən ilin oktyabr ayında Azərbaycanla Türkiyə arasında imzalanmış tranzit sazişi irəliyə doğru daha bir addımdır. Bu, enerji ixracının şaxələndirilməsində Avropa bazarlarına çıxmaqda əsas rol oynayacaq. Bu təkcə Azərbaycana deyil, bütünlüklə regiona böyük potensial, mənfəət verəcək. Azərbaycanda demokratik institutların yaradılması istiqamətində böyük işlər görülür biz bunu alqışlayırıq. Biz demokratik islahatların keçirilməsində, qanunun aliliyi, fundamental azadlıqlar vətəndaş cəmiyyətinin bərqərar olunmasında Azərbaycana hərtərəfli dəstək verməyə qərarlıyıq. Bu, ölkənin uzunmüddətli uğurları inkişafı üçün çox mühümdür. Azərbaycan bizim üçün təkcə uğurla inkişaf edən ölkə yox, həm nəhəng potensiala malik bir ölkədir. Onun müasir demokratik ölkə kimi, regional qlobal lider kimi inkişafına inanırıq. Azərbaycanın bu sahədə inkişafı ikitərəfli əlaqələrimizi dərinləşdirməyə, onun müstəqilliyini tərəqqisini dayanıqlı etməyə imkan verəcək.

Azərbaycan həmişə Birləşmiş Ştatların dostu tərəfdaşı olacaq. Biz müstəqil Azərbaycanın 20 ildə əldə etdiyi inkişafı alqışlayırıq, əlaqələrimiz genişlənməkdə davam edir. Beynəlxalq arenada birgə fəaliyyətdən tutmuş mədəniyyət iqtisadi sahələrdə əməkdaşlığa qədər Birləşmiş Ştatlar Azərbaycanın güclü dostu tərəfdaşıdır. Bu 20 illik yubileyi bayram etməyə əsas var. Çünki biz Azərbaycan-Amerika əlaqələrinin gələcəyinə ümidlə baxırıq.

 

 

Azərbaycan.- 2012.- 17 may.- S. 4