Azərbaycan
ABŞ ilə həm çətin, həm də yaxşı
gündə onunla birlikdə olan azsaylı dövlətlərdəndir
Çak ŞUMERS,
ABŞ Senatının üzvü
- Bu
gün biz ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin
qurulmasının 20 illiyini qeyd edirik. Keçilmiş yola nəzər
salanda çox işlərin görüldüyünün
şahidi oluruq.
Azərbaycanın
ABŞ-dakı sabiq səfiri Hafiz Paşayevlə söhbət
edərkən o, mənə xatırlatdı ki, Kapitolidə
ilk görüşdüyü adam mən idim. O zaman mən
mühüm adam deyildim, konqresmen idim. Lakin o, gəlib mənimlə
söhbət etmişdi. Mən bunu yüksək qiymətləndirdim.
O vaxtdan bəri biz onunla möhkəm dostluq münasibətləri
qurmuşuq.
Azərbaycan
və ABŞ bir-birlərinə yaxındırlar. Biz Azərbaycan
xalqı ilə möhkəm dostluq qurmuşuq. Sizin bizimlə
İraq, Kosovo və Əfqanıstanda çiyin-çiyinə
döyüşdüyünüzü heç vaxt unutmuruq. Azərbaycan
ABŞ ilə həm çətin, həm də yaxşı
gündə onunla birlikdə olan azsaylı dövlətlərdəndir.
Biz bunu heç vaxt unutmamalıyıq.
Hamımız
terrorla mübarizənin əhəmiyyətini başa
düşürük. Hamımız azadlıq bəxş etməyin
nə qədər vacib olduğunu bilirik. Diplomatik münasibətlərimiz
20 il əvvəl qurulmuşdur. Arzu edirəm ki, bunlar davam edərək
uzunmüddətli olsun.
Bu
gün biz iki böyük demokratik ölkə - Birləşmiş
Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin
tarixini bayram edirik. Azərbaycan ilə uğurlu münasibətlərimizin
davamlı və sarsılmaz olacağına ümid edirəm.
Azərbaycan.- 2012.- 17 may.- S. 4.