Azərbaycan
xalqı tolerantlığı ilə digər xalqlara
nümunədir
Stiv KOEN,
ABŞ Konqresinin üzvü
-
ABŞ ilə Azərbaycan arasında əlaqələr
çox vacibdir. Bu 20 il çox tez keçmişdir. Şadam
ki, bu gün Azərbaycan Avropaya və Qərbə üz
tutmuşdur. Bizim münasibətlərimizin bir hissəsi bu
gün dünyanın ciddi ehtiyac duyduğu enerji resurslarına
əsaslanır. Lakin mənim üçün ən əhəmiyyətli
olan Azərbaycanda insanlar arasında gördüyüm xoş
münasibətlərdir. Azərbaycan müsəlman ölkəsi
olsa da, öz cəmiyyətinin xristian və yəhudi üzvlərinə
heç bir fərq qoymur. Dünyanın bir çox başqa
yerlərində olan problemlər burada yoxdur. Azərbaycan
xalqı tolerantlığı ilə digər xalqlara nümunədir.
Mən
Azərbaycanın xəritəsinə bir daha nəzər
saldım. Bu ölkənin torpaqlarının bir hissəsi
işğal olunmuşdur. Münaqişənin davam etməsi
bölgənin inkişafını çətinləşdirir.
Azərbaycanın yaxın və uzaq qonşuları ilə
gözəl münasibətləri vardır. Azərbaycan ilə
İsrailin münasibətləri də yüksək səviyyədədir.
Azərbaycanda yəhudi icmasına tarix boyu xoş münasibət
olmuşdur və bu, indi də belədir. Azərbaycan xalqı
tolerantlıq ənənələrindən qürur
duymalıdır. Tolerantlıq Azərbaycanın güc mənbəyidir.
Buna görə də Azərbaycana minnətdarlığımı
bildirir və konfransın işinə uğurlar arzulayıram.
Azərbaycan
ilə ABŞ arasında müttəfiqlik ənənələri
yeni dəyərlərlə zənginləşəcəkdir.
Azərbaycan.- 2012.- 17 may.- S. 4.