Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır

 

Bill KƏSSİDİ,

ABŞ Konqresinin üzvü

 

- Bizim məqsədimiz ABŞ ilə Azərbaycan arasında dostluğu genişləndirməkdir. Bu dostluğu mədəni mübadilələr və ticarət artımı hesabına genişləndirmək lazımdır. Siz bunların hamısını etməyə səy göstərirsiniz. Buna görə mən sizə minnətdarlığımı bildirirəm. Bu gün hər iki tərəf üçün ümumi narahatlıq yaradan mövzu beynəlxalq təhlükəsizlik, xüsusilə də enerji təhlükəsizliyidir. Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır.

Biz Kosovo və Əfqanıstanda birgə uğurlu səylərimizi diqqətdən keçirərkən nəzərə almalıyıq ki, qarşıda hələ təkcə Mərkəzi Asiya bölgəsində deyil, Qərbi Avropa və digər yerlərdə də birgə atacağımız addımlar vardır. Qarşımızdakı sual isə ondan ibarətdir ki, bu ümumi rolumuzu necə canlandıra bilərik? Zənnimcə, biz çox şeyə qarşılıqlı təmaslar yolu ilə nail ola bilərik.

 

 

Azərbaycan.- 2012.- 17 may.- S. 4.