İnanıram ki, güclü və inkişaf edən Azərbaycan həmişə
ABŞ-ın dostu və tərəfdaşı
olacaqdır
Qred HARPER,
ABŞ Konqresinin üzvü
- Azərbaycan
ilə ABŞ arasında münasibətlər və
dünyanın enerji tələbatının ödənilməsində
bu ölkələrin birgə rolu təqdirəlayiqdir.
Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, çox
gözəl tərəfdaşlığımız
üçüncü onilliyinə qədəm qoyarkən
yalnız möhkəmlənməyə doğru gedir. Bu
alyansın genişlənməyinə səbəb ölkələrimizin
bölgəyə dair strateji baxışında mövcud
anlaşmadır. Bununla yanaşı, mən Azərbaycana Əfqanıstan
və İraqa əsgərlərini göndərərək
terrora qarşı qlobal mübarizədə iştirak etdiyinə
görə minnətdarlığımı bildirmək istəyirəm.
Mən və mənim xalqım bunu yüksək dəyərləndirir.
Bizim minlərlə əsgərlərimiz sizin ölkədən
bölgəyə vacib keçid kimi istifadə edir. Mən
inanıram ki, bu səpkili təhlükəsizlik
razılaşmaları artaraq geniş iqtisadi və mədəni
əməkdaşlığa çevriləcəkdir.
Təmsil etdiyim Missisipi ştatı və Azərbaycan arasında oxşarlıqlar çoxdur. Bizim hər ikimiz təbii neft və qaz ehtiyatlarına malikik. Bu sərvətlər bölgələrimiz üçün olduqca siyasi əhəmiyyət daşıyır. Konqresdə Enerji və ticarət komitəsinin üzvü kimi deyə bilərəm ki, neft və qaz hasilatı, kəmərlərin çəkilişi və s. kimi məsələlərdə qarşılaşdığımız çətinliklər hər yerdə eynidir. Ölkəniz Avropaya təbii qaz ehtiyatlarının çatdırılması üçün "Cənub dəhlizi" üzərində çalışarkən mən şadam ki, Azərbaycan məntiqli enerji layihələrini uğurla həyata keçirir və bundan faydalanır. Dünya əhalisi artdıqca cəmiyyətlərin etibarlı neft və qaz mənbələrinə malik olması mühüm əhəmiyyət kəsb edir.
Aydındır ki, Azərbaycan qlobal enerji tələbatının ödənilməsi və dünya bazarlarında sabitliyin bərqərar olmasında mühüm rol oynayır. ABŞ-ın Azərbaycan ilə tərəfdaşlığını davam etdirərək Xəzər hövzəsinin etibarlı enerji istehsalçısı kimi qalmasını təmin etmək olduqca vacibdir. Enerji ehtiyatlarının etibarlılığının qarşısını bir neçə amil ala bilər. Məsələn, dünyanın neft təminatı cəmi bir istehsalçı tərəfindən "qarışdırıla" bilər. Əgər bir neft istehsalçısı olan dövlət ya istehsalı azaltdı, ya da dayandırdı və yaxud nəql edilən ərazinin qarşısını aldı, bunun nəticələrini bütün dünya hiss edəcəkdir.
Ümid edirəm ki, "soyuq beyin"lər
və beynəlxalq birlik yaxın gələcəkdə
fasiləsiz neft təminatına nail ola biləcəkdir. Bu bizim hamımız üçün vacibdir.
İnanıram ki, güclü
və inkişaf edən Azərbaycan həmişə
ABŞ-ın dostu və tərəfdaşı
olacaqdır. Azərbaycanın təkcə bölgəyə deyil, bütün dünyaya müsbət təsiri olacaqdır.
Ölkələrimiz arasında uzunmüddətli dostluq münasibətlərinə ümid bəsləyirəm.
Azərbaycan.- 2012.- 17 may.- S. 4.