Azərbaycana Eurovision-2012 mahnı müsabiqəsinə ev sahibliyi etməkdə uğurlar arzulayıram

 

Qreqori MİKS,

ABŞ Konqresinin üzvü

 

- Son 20 ildə Azərbaycan ilə ABŞ arasında yaranan münasibətlərin vacibliyini, əhəmiyyətini dərk edirik. Aramızdakı dialoq növbəti 20-30, hətta 50 il ərzində də davamlı olmalıdır. Hazırda görəcəyimiz bir sıra ciddi işlərdən biri Bakıya güclü və bilikli ABŞ səfirinin göndərilməsini təmin etməkdir.

Siyasi mənsubiyyətindən asılı olmayaraq ABŞ Konqresinin üzvləri ölkənizin yerləşdiyi vacib bölgədə oynadığı mühüm rolu bilir və dəstəkləyirlər. Bundan daha əmin-amanlı dünyada yaşamaq üçün bölgədəki münasibətlərimiz artmalı və möhkəmlənməlidir. Ümid edirəm ki, parlamentlərarası çərçivədə bizim azərbaycanlı həmkarlarımızla dialoqumuz genişlənəcək və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri artacaqdır. Bu səfərlər çox əhəmiyyətlidir. Biz belə səfərlər etməyi planlaşdırırıq.

Sonda ölkənizə "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməkdə uğurlar arzu edirəm. Bilirəm ki, bu, təkcə Azərbaycanın deyil, bütün Avropanın istedadını nümayiş etdirmək üçün əlverişli imkan olacaqdır. Biz də üzə çıxacaq yeni istedadla tanış olmağı gözləyirik. Ümumiyyətlə, müsabiqənin Bakıda keçirilməsi Azərbaycanın daha geniş miqyasda çoxsaylı insanlar tərəfindən tanınmasına səbəb olacaqdır. Sizin haqqınızda nə qədər çox biliriksə, o qədər asan şəkildə seçicilərimizə ölkənizlə münasibətlərin əhəmiyyəti barədə danışa bilərik.

 

 

Azərbaycan.- 2012.- 17 may.- S. 4.