"Eurovision" yarışmasının iştirakçıları "Baku Crystal Hall"da ilk məşqlərini davam etdirirlər
"Eurovision-2012" mahnı müsabiqəsində 42 ölkəni təmsil edən ifaçılar artıq bir neçə gündür ki, Azərbaycan paytaxtında ilk məşqlərini keçirirlər. Hər bir ifaçı Xəzərin sahilində inşa edilmiş möhtəşəm "Baku Crystal Hall"da təşkil olunacaq bu möhtəşəm şouda ölkəsinə birincilik qazandırmaq üçün bütün imkanlarını səfərbər etmişdir. Arenadakı ilk məşqlər və keçirilən mətbuat konfransları da dediklərimizə əyani sübutdur.
AzərTAc xəbər verir ki, mayın 15-də "Baku Crystal Hall" səhnəsinə ilk olaraq "Eurovision-2012" mahnı müsabiqəsində Serbiyanı təmsil edən Zeljko Yoksimoviç çıxmışdır. Müğənni bu mötəbər yarışmada ölkəsini "Nije Lyubav Stvar" mahnısı ilə təmsil edir.
Müsabiqədə iştirakını özünə şərəf bilən Z.Yoksimoviç demişdir ki, qeyri-adiliyi, səs və işıq effektləri ilə seçilən "Baku Crystal Hall" Avropa səhnələrinin önündə getməyə layiqdir.
Bakının təbii gözəllikləri, xalqımızın qonaqpərvərliyi, tolerantlığı, adət-ənənələri və digər özünəməxsus müsbət keyfiyyətləri haqqında xoş sözlər söyləyən serbiyalı təmsilçi paytaxtımıza valeh olduğunu söyləmişdir.
"Eurovision-2012" yarışmasında Makedoniyanı təmsil edən Kaliopi Bukle Balkanlarda məşhur müğənnilərdəndir. O, vətənində 100-dən çox konsert vermiş, bir sıra teatr və filmlərdə rol almışdır. Doqquz yaşında musiqi sahəsində ilk qələbəsini əldə edən makedoniyalı təmsilçi 1996-cı ildə "Skopye" festivalında birinci yerə layiq görülmüşdür. Kaliopi Bukle müsabiqədə "Crno E Belo" mahnısını doğma dilində ifa edəcəkdir.
İlk məşqdən sonra K.Bukle jurnalistlərə Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin əvvəlki yarışmalardan daha gözəl olacağını bildirmişdir.
"Eurovision" müsabiqəsində ilk dəfə iştirak etdiyini bildirən makedoniyalı müğənni belə bir nüfuzlu yarışmanın Azərbaycanda keçirilməsini yüksək qiymətləndirmişdir. Qonaq Bakıda olmağından çox sevindiyini dilə gətirmişdir: "Burada qonaqpərvər və mehriban insanlarla tanış olmuşam, dostlar qazanmışam. Bu, mənim üçün çox xoşdur".
"Baku Crystal Hall" barədə təəssüratlarını bölüşən Makedoniya təmsilçisi demişdir: "Hər bir səhnə müğənninin özünü rahat hiss edəcəyi qədər sadə olmalıdır. Mən Bakı səhnəsinə çıxdığım zaman bu sadəliyi hiss etdim və sözün əsl mənasında, onun möhtəşəmliyinin bir daha şahidi oldum".
"Niderlandı Bakıda təmsil etməkdən
qürur duyuram". Bu fikirlər isə Niderland
təmsilçisi Joan Franka
məxsusdur. O, Bakıdakı "Eurovision" şousunda "You and me" mahnısı
ilə çıxış
edəcəkdir.
Niderland təmsilçisi əslən
türk olduğunu da diqqətə çatdırmışdır. Müsabiqəsinin möhtəşəmliyindən danışan Joan Franka bildirmişdir ki, musiqi həyatımızda
müsbət rol oynayır.
Ölkəmizin milli mətbəxi ilə bağlı fikirlərini bölüşən
Niderland təmsilçisi
yeməklərimizin çox
dadlı və ləziz olduğunu diqqətə çatdırmışdır.
"Baku
Crystal Hall"un növbəti qonağı
Malta təmsilçisi Kurt Kalleya
olmuşdur. Bəstəkar və müğənni
olan Kurt Kalleya 2010-cu ildə İtaliyada keçirilmiş "Orfeo"
beynəlxalq festivalında
qələbə qazanmışdır.
Müxtəlif televiziya şoularında
bek-vokalçı, solo ifaçı
kimi çıxış
edən Kurt Kalleya
"Eurovision-2012" mahnı müsabiqəsində "This is the night" mahnısını ifa edir.
Malta təmsilçisi
"Eurovision-2011" mahnı müsabiqəsinin qalibi, azərbaycanlı ifaçı
Eldar Qasımovla duet oxumağı da planlaşdırır.
Bakıya ikinci dəfə gəldiyini bildirən
Malta təmsilçisi paytaxtımızda
gedən sürətli
inkişafı yüksək
qiymətləndirmişdir. Azərbaycanın gündən-günə inkişaf
etdiyini vurğulayan müğənni ölkəmizin
Avropaya sürətlə
inteqrasiya etdiyini söyləmişdir. Malta təmsilçisi 25 min tamaşaçı
üçün nəzərdə
tutulmuş "Baku Crystal Hall"un səhnəsində
ölkəsini layiqincə
təmsil edəcəyinə
söz vermişdir.
Belarusu təmsil
edən "Litesound"
rok qrupu 2005-ci ildə Dmitri və Vladimir
Karyakin qardaşları
tərəfindən yaradılmışdır. Belarusda və
onun hüdudlarından
kənarda xeyli populyar olan "Litesound" qrupu
2006-cı ildə İtaliyada
"Internazionale di Maiori" festivalında birinci yerə layiq görülmüşdür.
Qrupun səsləndirdiyi
"Solo Per Te" mahnısı
isə 20 həftə
müddətində İtaliya
hit-paradlarının zirvəsində
yer almışdır.
"Litesound" qrupunun
üzvləri "Eurovision-2012" mahnı müsabiqəsində
"We are The Heros" mahnısı
ilə çıxış
edəcəklər.
"Baku Crystal Hall"da qurulmuş səhnənin müqayisəyəgəlməz dərəcədə gözəl
olduğunu qeyd edən qrupun üzvü Dmitri Karyakin müsabiqənin iştirakçıları
üçün yaradılmış
şəraiti yüksək
qiymətləndirmişdir.
"Litesound" qrupunun
digər üzvü
Vladimir Karyakin isə bildirmişdir ki,
"Eurovision-2012" mahnı müsabiqəsində ifa edəcəkləri "We are The Heros" mahnısının
tanıdılması üçün
Avropa turuna çıxmasalar da, bəstə internet və televiziya vasitəsilə kifayət qədər səslənmiş və geniş tamaşaçı
rəğbəti qazanmışdır.
Portuqaliya təmsilçi Filipa Sousanın da Bakı səhnəsindəki
məşqləri uğurlu
olmuşdur. 12 yaşında
konservatoriyaya daxil olan Filipa Sousa bir sıra müsabiqələrin
qalibidir. Onun səsindəki
ahəngdarlıq müxtəlif
musiqi üslublarında
- fado, pop, rok janrlarında uğurlu ifaya imkan verir.
"Eurovision-2012" mahnı müsabiqəsində ölkəsinə
qələbə qazandırmaq
istəyən Portuqaliya
təmsilçisi yarışmada
"Vida Minha" ("Mənim
həyatım") mahnısını
ifa edəcəkdir.
Filipa
Sousa jurnalistlərə müsahibəsində
demişdi: "Bakının
müasir görünüşü,
XIX əsrin memarlıq
üslubunu özündə
əks etdirən bugünkü göydələnlər
məni çox heyrətləndirir".
Portuqaliyalı təmsilçi bildirmişdir
ki, musiqi ilə öz hisslərimi tamaşaçı
auditoriyasına çatdırmağa
çalışıram. Zənnimcə, musiqini təkcə eşitmək kifayət deyil, onu hiss etmək və yaşamaq lazımdır.
Hər bir gənc müğənni
"Eurovision" mahnı müsabiqəsində
iştirak etmək istəyir. Səhnəyə daxil olduğum
zaman buradakı işıq və səs effektinə valeh oldum.
Ukraynanın
"Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi
Qaytana Essami ölkəsinin milli seçim mərhələsinin
finalında 21 ifaçı
ilə yarışmışdır. Ötən
il "UEFA Avro-2012-nin rəsmi dostu" adına layiq görülmüş Qaytana
Essami müsabiqədə
Ukraynanı "Be my guest" mahnısı ilə təmsil edir.
Bakıya gəlməyi çoxdan arzuladığını deyən
Ukrayna təmsilçisi
paytaxtımızın hər
bir guşəsini bəyəndiyini diqqətə
çatdırmışdır. O vurğulamışdır
ki, Bakıya gəldiyi andan bu günədək yalnız gülərüz
insanlarla qarşılaşmışdır.
Hər bir azərbaycanlı müsabiqə iştirakçılarına
əlindən gələn
köməyi göstərməyə
çalışır.
"Baku Crystal Hall"da Bolqarıstan təmsilçisi
Sofi Marinovanın ilk məşqi bu məkanda günün son ifası olmuşdur. 36 yaşlı bolqarıstanlı
müğənni bir sıra festivalların iştirakçısı və
qalibidir. Qaraçı
mənşəli müğənni
beş oktavadan
artıq geniş səs diapazonuna sahibdir. Repertuarında pop-folklor və
etnik musiqi janrlarının üstünlük
təşkil etdiyi Bolqarıstan təmsilçisinin
mahnılarından ibarət
"Stari Rani" toplusu ən çox gəlir gətirən musiqi albomları siyahısındadır.
"Eurovision-2012" mahnı müsabiqəsində qalib
gəlmək niyyətində
olan Sofi Marinova yarışmada
"Love Unlimited" mahnısı ilə çıxış
edəcəkdir.
Azərbaycanda təşkil olunan müsabiqədə iştirak
etmək üçün
çətinliklərlə üzləşdiyini deyən
müğənni ölkəsinin
milli seçim turlarının gərgin mübarizə şəraitində
keçdiyini vurğulamışdır. Bütün çətinliklərə
baxmayaraq, bu müsabiqədə iştirak
etmək hüququnu qazandığını qeyd
edən Sofi Marinova Bolqarıstanı layiqincə təmsil edəcəyinə əminliyini
bildirmişdir.
Sonda Bolqarıstan
təmsilçisi repertuarından
olan qaraçı mahnısını ifa etmişdir. Mahnı jurnalistlər tərəfindən
alqışlarla qarşılanmışdır.
Mayın
16-da isə "Baku Crystal Hall"da
Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan,
Türkiyə, Estoniya,
Slovakiya, Norveç, Bosniya və Herseqovina və Litva təmsilçiləri
ilk məşqlərini keçirir,
o cümlədən müsabiqəyə
hazırlıq və Azərbaycanla bağlı
təəssüratlarını bölüşürlər.
Azərbaycan.- 2012.- 17 may.- S. 8.