Qoşunların
təmas xəttində keçirilən monitorinq
insidentsiz başa
çatmışdır
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 16-da Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Antal Herdiç, ofisinin əlaqələndiricisi Piter Ki və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi, polkovnik Andrey Baraşkin keçirmişlər.
Təmas xəttinin qarşı tərəfində
isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle,
şəxsi köməkçi Uilyam Praroy və yüksək səviyyəli
planlaşdırma qrupunun nümayəndəsi,
mayor Vitali Belekon nəzarət etmişlər.
Azərbaycan.- 2012.- 17 may.- S. 11.