Aida MAHMUDOVA: Layihənin Birləşən körpülər adlanması sərgidə azərbaycanlı və xarici rəssamların əsərlərinin nümayiş olunmasından qaynaqlanır

 

"Birləşən körpülər" sərgisi "YARAT!" qeyri-kommersiya təşkilatının sayca üçüncü böyük layihəsidir.

Bu sözləri mayın 15-də Bakı Müasir İncəsənət Muzeyində "Birləşən körpülər" sərgisinin açılış mərasimində AzərTAc-a müsahibəsində "YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova demişdir.

Bildirmişdir ki, sərgidə 12 yerli və 13 xarici rəssamın əsərləri təqdim olunur. Xarici rəssamların əksəriyyəti İngiltərədən, həmçinin Amerikadan, Hollandiyadan və digər ölkələrdən, əsasən Qərb dünyasındandır.

Təqdim olunan sərgidə bir mühüm məqam - yaradıcı insanların birləşməsini, onların haralı olmalarından, hansı dildə danışmalarından asılı olmayaraq bir dildə - incəsənət dilində danışmalarını, onun vasitəsilə ünsiyyət saxlamalarını diqqətə çatdırmaqdır. Qarşıya qoyulan məqsəd müxtəlifliyimizə baxmayaraq, incəsənətin bizi həmişə birləşdirdiyini göstərməkdir. Sərgidə digər vacib məqam isə burada həm dünyanın, həm də  Azərbaycanın  məşhur rəssamları ilə yanaşı, orta nəsil və yaradıcılığa yeni başlamış gənclərin əsərlərinin nümayiş olunmasıdır. Bu baxımdan, layihəmizə azərbaycanlı gənc rəssam Ramal Kazımovu cəlb etmişik. Ümid edirik ki, sərgi ziyarətçilərin xoşuna gələcəkdir.

Aida Mahmudovanın sərgidə nümayiş olunan öz işi isə uşaqlıq xatirələrinin təcəssümüdür.

 

 

Azərbaycan.- 2012.- 17 may.- S. 11.