Bakıda “Afrovision - Afrikadan
müasir incəsənət”
sərgisi açılmışdır
Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva sərgidə iştirak etmişdir
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində
"Afrovision - Afrikadan
müasir incəsənət"
sərgisinin açılışı
olmuşdur.
AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak etmişlər.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım ƏLİYEVA sərgi
iştirakçılarını salamlayaraq dedi:
- Afrika incəsənəti qeyri-adidir. Çünki buradakı hər
bir əsər böyük mənaya malikdir və özündə güclü
enerji ehtiva edir.
Bu sərgi "Afrovision"
adlanır. Burada 11 rəssam tərəfindən
yaradılmış müasir
sənət nümunələri
nümayiş olunur.
Onların bəziləri tanınmış
və nüfuzlu, bəziləri isə gənc və perspektivli rəssamlardır.
Mən sərginin
bu muzeydə keçirilməsindən çox
məmnunam. Hesab edirəm ki,
ümumilikdə, müasir
sənət dünyasında
Afrika rəssamlarının
rolu getdikcə daha da yüksəlir.
Ötən 20 ildə Afrika
rəssamlarının sayı
əhəmiyyətli dərəcədə
artmışdır.
Azərbaycan mədəniyyətini bütün
dünyada təbliğ
edən Heydər Əliyev Fondu hər zaman başqa mədəniyyətlərə
böyük hörmət
və ehtiramla yanaşmışdır.
Mənim fikrimcə, Afrika incəsənəti xüsusi
əhəmiyyətə malikdir. Çünki Afrika rəssamları insanların emosiyalarını,
onların real həyatlarını
nümayiş etdirirlər.
Mən burada iştirak edənlərin hər birinə təşəkkür etmək
istərdim.
Heydər Əliyev Fondu rəssamları hər zaman dəstəkləmişdir. Biz Parisdə və Londonda "Bakıya uçuş" sərgisini
təşkil etmiş
və öz işlərini xaricdə nümayiş etdirmələri
üçün Azərbaycandan
olan 21 rəssama imkan yaratmışıq.
Biz "Bakıya uçuş"
sərgisini hələ
başa çatdırmamışıq. Sərginin Romada,
Nyu-Yorkda, Moskvada və digər şəhərlərdə keçirilməsini
planlaşdırırıq.
Mən doktor
Bernd Kleinə təşəkkür
etmək istərdim. Çünki o, bu sərginin keçirilməsinin təşəbbüskarıdır.
Buradakı bütün işlər
onun şəxsi kolleksiyasındandır. Mən, həmçinin
cənab Hazumiyə təşəkkür etmək
istərdim. O, böyük
heykəltəraş və
buradakı işlərdən
birinin müəllifidir.
Bu sərgi Azərbaycan
əhalisinə Afrika mədəniyyətini kəşf
etməyə imkan verəcəkdir. Xüsusilə əhəmiyyətlidir ki, bu sərgi
çox əlamətdar
bir gündə təşkil edilmişdir.
Çünki bir neçə
gündən sonra biz
"Eurovision" mahnı müsabiqəsinin
ən həyəcanlı
anlarının şahidi
olacağıq.
Ümid edirəm ki, "Afrovision" sərgisi bizə haqqında çox şey bilmədiyimiz dünyanın
bir hissəsini kəşf etmək üçün imkan yaradacaqdır.
Çox
sağ olun.
* * *
Sərgidə alman kolleksioneri Bernd Kleinin kolleksiyasından seçilmiş şedevrlər
nümayiş etdirilir. O, Afrikanın
müasir incəsənətinin
aparıcı kolleksiyalarından
birinə malikdir.
Bernd Klein
tədbirdə çıxış
edərək bu kolleksiyanı uzun illərdir ki, topladığını dedi,
iştirakçılara Afrika
incəsənəti haqqında
məlumat verdi.
Sərginin yüksək səviyyədə
təşkil edildiyini
deyən Bernd Klein Azərbaycanın
birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkür edərək
dedi: "Mənim minnətdarlıq etmək
istədiyim insanlar çoxdur. Lakin mən xüsusi
olaraq iki xanıma təşəkkür
etmək istərdim.
Onlardan biri Mehriban xanım
Əliyeva, digəri isə Leyla xanım Əliyevadır.
Onlar bu sərginin Bakıda keçirilməsi üçün
çox böyük iş görmüşlər".
Heydər
Əliyev Fondunun və onun rəhbəri
Mehriban xanım Əliyevanın Azərbaycan
mədəniyyətinin dünyada
təbliği istiqamətində
həyata keçirdiyi
layihələri yüksək
qiymətləndirən Bernd Klein demişdir: "Azərbaycanın
fəxr etməli çox şeyi vardır. Lakin bu cür gözəl, ağıllı,
vətənpərvər birinci
xanımı olmaq hər bir ölkəyə
heç də həmişə nəsib olmur. Bilirsiniz ki, birinci xanım nəyisə etməyə qərar verəndə bunu yüksək səviyyədə
edir. Bu sözlər
həm "Eurovision"a,
həm də "Afrovision"a aiddir. Bu sözləri
Leyla xanım Əliyeva haqqında da demək olar".
Leyla xanım
Əliyeva sərginin açılışını bildirən lenti kəsdi.
Sonra sərgi
ilə tanışlıq
oldu. Məlumat verildi
ki, ekspozisiyada Afrikanın 7 ölkəsini
təmsil edən 11 rəssamın 63 əsəri
təqdim olunur.
Son onilliklər ərzində
bir çox Afrika ölkələrindən
parlaq və yüksək orijinallığı
ilə seçilən
sənət əsərləri
meydana çıxmışdır. Onların müəlliflərinin
şöhrəti dünyada
gündən-günə artmaqdadır. Konqolu rəssam Şeri Samba və beninli heykəltəraş Romuald
Hazuminin əsərləri
dünyanın ən nüfuzlu muzeylərində,
Venesiya Biennalesi və Kassel Dokumenta kimi aparıcı müasir incəsənət
sərgilərində nümayiş
olunur.
Sərgiyə çıxarılmış əsərlərin
tematikası əsl dəyərlər uğrunda
mübarizəyə, dəb
dünyasının obrazlarına,
müxtəlif mərasimlərə,
Afrika folkloruna və digər mövzulara həsr olunmuşdur. Əsərlər şən, cəlbedici
rənglər, maraqlı
obrazlarla insanlarda Afrika həyatının bir çox tərəfləri haqqında
geniş təsəvvür
yaradır. Məsələn, gündəlik həyatda baş verən müxtəlif hadisələr,
dəb dünyasının
obrazları, insanların
gecə həyatının
canlandırılması Peintre
Mokenin əsərlərinin
əsas qayəsini təşkil edir. Sərgidə sənətkarın kətan üzərində
yağlı boya ilə işlənmiş bir sıra əsərləri
nümayiş etdirilir.
Tədbir Afrikanın milli rəqs qrupunun ifasında musiqi proqramı ilə davam etdi.
Sərgidə dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, Azərbaycanda
akkreditə olunmuş
diplomatik korpusun nümayəndələri, incəsənət
xadimləri və ictimaiyyətin nümayəndələri
iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2012.- 18 may.- S. 2.