Konfrans keçirilmişdir
Şəmkir Rayon İcra Hakimiyyəti YAP Şəmkir rayon təşkilatının təşəbbüsü
ilə "Gender siyasəti, erkən nikah problemləri: "Sosial
psixoloji aspektlər" mövzusunda
elmi-praktik konfrans keçirilmişdir. Konfransda
rayonun idarə, müəssisə, təşkilat,
şirkət işçiləri, ictimaiyyətin
çoxsaylı nümayəndələri iştirak
etmişlər. Tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin
Vəliyev açaraq Azərbaycan ailəsinin
cəmiyyətdə, xalqımızın milli-mənəvi dəyərlər
sisteminin formalaşmasında müstəsna
rol oynadığını, ailənin
firavanlığının və xoşbəxtliyinin ölkənin
tərəqqisinin əsas göstəricisi olduğunu bildirmişdir. Milli Məclisin
deputatları Sahibə Qafarova, Məlahət
İbrahimqızı və Sevinc Hüseynova çıxışlarında ailənin
cəmiyyətin əsas təsisatlarından biri
kimi bəşəri dəyərlərin,
mədəniyyətin və nəsillərin tarixi
varisliyinin qoruyucusu, sabitlik və inkişafın amili
olduğunu vurğulamışlar. Vətəndaşlıq Vəziyyəti Aktları
Dövlət Qeydiyyatı Şəmkir rayon
şöbəsinin müdiri Ruqiyyə Allahverdiyeva, rayon təhsil
şöbəsinin metodisti Firuzə İmanova, rayonun Kür qəsəbəsindəki 1 nömrəli
orta məktəbin direktoru
Pirverdi Dağlaroğlu,
Sabirkənd orta məktəbinin direktoru Müqabil Yolçuyev və
başqaları mövzu ətrafında təkliflərlə
çıxış etmişlər.
Azərbaycan.- 2012.- 18 may.- S. 9.