Avropa İttifaqı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
tərəfləri arasında etimad mühitinin möhkəmləndirilməsinə
dair tədbirlər paketi
hazırlamışdır
Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimad mühitinin möhkəmləndirilməsinə dair tədbirlər paketi hazırlamışdır.
AzərTAc xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia demişdir.
Diplomat bildirmişdir ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edə biləcək bəzi təkliflər hazırlamışdır. Lakin hələlik tərəflər bu təklifləri qəbul etməmişlər. Ümidvarıq ki, yaxın gələcəkdə tərəflər bu təkliflərimizi qəbul edəcəklər.
Avropa İttifaqının sülh yolu ilə nizamlanma prosesinə
dəstəyini artırmaq niyyətində olduğunu
deyən R.Kobia qeyd etmişdir ki, Aİ-nin region üzrə
xüsusi nümayəndəsi Filipp Leforta həm də
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı mandatın verilməsi, həmçinin qurumun tərəflər arasında etimad mühitinin möhkəmləndirilməsinə
dair tədbirləri hazırlaması buna bariz nümunədir. Bu təkliflər Azərbaycan və Ermənistan
ilə müzakirə olunur. Münaqişə
həddən artıq uzun müddətdir davam edir və
qoşunların təmas xəttində insanlar
həlak olurlar. Biz
ATƏT-in Minsk qrupunun
fəaliyyətini dəstəkləyirik, lakin
rəsmi danışıqlardan başqa,
insanların qarşılıqlı etimadını bərpa
etmək də çox vacibdir.
Azərbaycan.- 2012.- 18 may.- S. 9.