Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərar
¹ 116 Bakı
şəhəri, 18 may 2012-ci il
"Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında notariat
hərəkətlərinin aparılması qaydaları
haqqında Təlimat"da
dəyişikliklər edilməsi
barədə
"Azərbaycan Respublikasının
Mülki Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2011-ci il
30 sentyabr tarixli
201-IVQD nömrəli Qanununun
tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 26
dekabr tarixli 566 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabinet QƏRARA
ALIR:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 9, maddə
693; 2001, ¹ 11, maddə 722; 2002, ¹ 3,
maddə 148, ¹ 7, maddə
455, ¹ 10, maddə 635; 2003, ¹ 10, maddə 629; 2005, ¹ 4, maddə
386, ¹ 6, maddə 534, ¹ 8, maddə 782,
¹ 10, maddə 977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr
1228, 1231; 2006, ¹ 3, maddə 297, ¹ 8,
maddə 731, ¹ 9, maddə
830, ¹ 10, maddə 902, ¹ 11, maddə
994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 316, ¹ 8, maddə
787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr 846, 849, ¹ 12, maddə
1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹
10, maddə 971; 2012, ¹ 3, maddə 263) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
notariat hərəkətlərinin
aparılması qaydaları
haqqında Təlimat"ın
7-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1.1. on birinci abzas aşağıdakı
redaksiyada verilsin:
"Notarius daşınmaz əmlakın dövlət
reyestri obyektlərinə
dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən
sonra iki iş günü müddətində həmin
müqavilənin bir nüsxəsini sifarişli
poçt göndərişi
vasitəsi ilə Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsinə
göndərir.";
1.2. aşağıdakı məzmunda on dördüncü
abzas əlavə edilsin:
"Notarius təsdiq
etdiyi müqavilənin
iki nüsxəsini müraciət etmiş şəxsə verir. Müraciət
edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə
(zərurət olduqda
- Azərbaycan Respublikası
Mülki Məcəlləsinin
139-1-ci maddəsində nəzərdə
tutulmuş hüquqların
dövlət qeydiyyatı
üçün digər
əsasları əks
etdirən sənədlər),
torpaq sahəsinin planı və ölçüsü, torpaq
sahəsində yerləşən
bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin)
texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə
qəbz ilə birlikdə Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsinə göndərir
(bu halda bu Təlimatın 7-ci hissəsinin on birinci abzasında müqavilənin
nüsxəsinin göndərilməsi
ilə bağlı müddəa tətbiq edilmir).".
Artur RASİ-ZADƏ,
Azərbaycan Resrublikasının Baş
naziri
Azərbaycan.- 2012.- 19 may.- S. 1.