Azərbaycan Mərkəzi Bankı Mərkəzi Bank Sədrləri Klubunun növbəti toplantısına ev sahibliyi etmişdir

 

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) təşkilatçılığı ilə mayın 12-də Bakıda Mərkəzi Asiya, Qara dəniz regionuBalkan ölkələrinin Mərkəzi Bank Sədrləri Klubunun (Klub) növbəti 27-ci toplantısı keçirilmişdir.

Mərkəzi Bankdan AzərTAc-a bildirmişlər ki, toplantı Kluba üzv dövlətlərin mərkəzi bankları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunmuşdur. Tədbir çərçivəsində tanınmış beynəlxalq ekspertlərin təqdimatında avrozonanın borc problemionun Avropa İttifaqının üzvü olmayan Avrasiya ölkələrinə təsiri, qlobal maliyyə stabilliyiinkişaf etməkdə olan bazarlarda kontr-tsiklik makroprudensial nəzarətin rolu mövzuları və bu sahədə üzv dövlətlərin təcrübəsi müzakirə edilmişdir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov toplantıda  "Azərbaycanda makroiqtisadi siyasət: orta müddətli çağırışlar və prioritetlər" mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimatda Azərbaycanda makroiqtisadi siyasət və makroprudensial nəzarət sahəsində görülmüş tədbirlər, əldə olunmuş nəticələr və yeni çağırışlar nəzərə alınmaqla gələcək vəzifələr əhatə olunmuşdur.

Klubun növbəti toplantısına Azərbaycan Mərkəzi Bankının ev sahibliyi etməsi ölkəmizin, o cümlədən AMB-nin beynəlxalq imicinin daha da yaxşılaşmasına mühüm töhfədir.

 

 

Azərbaycan.- 2012.- 13 may.- S. 7.