Ermənistanın
növbəti yalanı ifşa edilmişdir
Mayın 18-də Ermənistanın kütləvi informasiya vasitələri "sensasiya doğuran" xəbər yayaraq bildirmişlər ki, guya Amerika Birləşmiş Ştatları qondarma "Dağlıq Qarabağ respublikası"nın müstəqilliyini tanımışdır.
Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmisi Elman Abdullayev AzərTAc-a müsahibəsində buna münasibət bildirərək demişdir ki, erməni KİV-lərinin yaydığı məlumata dərhal reaksiya verilmiş və diplomatik əlaqələr vasitəsilə müəyyən edilmişdir ki, bu xəbər Ermənistanın yalan və böhtandan ibarət təbliğatının tərkib hissəsidir və heç bir əsası yoxdur.
E.Abdullayev
demişdir ki, ABŞ administrasiyası rəsmi olaraq
"Dağlıq Qarabağ" adlı qondarma dövləti
tanımır və Azərbaycanın suverenliyinə və ərazi
bütövlüyünə hörmətlə yanaşır.
Ermənistan bu addımı ilə növbəti dəfə dünya ictimaiyyətini aldatmağa çalışmışdır. Bu cür siyasi imitasiya xarakterli hərəkətlər Azərbaycanı haqq işini daha qətiyyətlə tələb etməyə sövq edəcəkdir.
Azərbaycan hökuməti və
xaricdəki diaspor təşkilatları
Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini dünya dövlətlərinin və beynəlxalq
təşkilatların diqqətinə çatdıraraq
torpaqlarımızın işğaldan azad olunmasını tələb etməkdə
davam edəcəkdir. Bu
istiqamətdə artıq bir sıra
nailiyyətlər də əldə olunmuşdur.
Məhz bu nailiyyətlərdən narahat olan Ermənistan mətbuatı
əsassız xəbərlər yayaraq ictimai fikri yanlış
istiqamətə yönəltməyə uğursuz
cəhd göstərmişdir.
Azərbaycan.- 2012.- 19 may.- S. 4.