Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası keçirilmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" qanunun 33-cü maddəsinə əsasən, Xəzər rayon məhkəməsinin müraciətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Müraciətə mahiyyəti üzrə, tərəflərin
iştirakı ilə Konstitusiya Məhkəməsi
Plenumunun iyun
ayının 1-nə təyin edilmiş
iclasında baxılacaqdır.
Azərbaycan.- 2012.- 20 may.- S. 2.