Konqresmen Ted Po: “Azərbaycan Birləşmiş
Ştatların sözdə deyil, əməldə
dostudur”
Xəbər verdiyimiz kimi, Vaşinqtonda Azərbaycan-ABŞ münasibətlərinin 20 illiyinə həsr edilmiş konfrans keçirilmişdir. Konfrans çərçivəsində aparılan müzakirələrdə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ted Po çıxış edərək Azərbaycanı Birləşmiş Ştatların sözdə deyil, əməldə dostu olduğuna görə alqışlamışdır. Konqresin Xarici Münasibətlər komitəsinin üzvü, respublikaçı siyasətçi çıxışında demişdir: "Burada olmaqdan məmnunluq duyuram. Birgə maraqlarımızla bağlı bəzi məsələlər barədə danışmaq üçün məni dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm. Biz burada ABŞ ilə Azərbaycan arasında münasibətlərin 20 illiyini bayram edirik. Mən Konqresdə ABŞ-ın enerji paytaxtı hesab edilən Port-Artur şəhərini təmsil edirəm. 1901-ci ildə burada neft aşkarlanandan sonra təsis edilən bir sıra böyük neft şirkətləri ərazini kənd təsərrüfatı bölgəsindən neft və qaz mərkəzinə çevirmişdir. Ona görə Texas ştatı neft və qaz hasilatını və onun faydasını yaxşı başa düşür.
Azərbaycan da Texas kimi neft
və qaz hasil edən ölkədir. Məhz enerji istehlakına
yanaşma Azərbaycanla
yaxın münasibətlərimizin
əsasında durur.
Bakı
XIX əsrin ilk neft bumunu yaşayan şəhərlərindən biridir.
Lakin sovet hakimiyyəti burada kapitalizmin inkişafına imkan verməmişdir. İllərcə çıxarılan nefti daşıyıb aparmış,
xalqın ondan faydalanmasına imkan verməmişdir.
Hesab edirəm
ki, siyasi və iqtisadi azadlıqlar hər adama verilən bir hüquqdur. Mən Sovet
İttifaqını onun
süqutundan əvvəl
ziyarət etmişdim.
Azərbaycanın o illərdə nələr
yaşadığını yaxşı anlayıram.
Əsarətdən qurtularaq azad
yaşamaq istəyinizi
yaxşı başa düşürdüm. Müstəqilliyinizdən bəri ölkələrimiz
bir-birinə çox yaxınlaşıb. İndi Azərbaycan
həm siyasi, həm də iqtisadi cəhətdən
tam müstəqildir. Biz
aramızda mədəni
və təhsil mübadilələrini daim
davam etdirməliyik ki, hər iki
tərəfdən tələbələrimizi
bir-birimiz haqqında daha çox öyrədək və xalqlarımızı daha da yaxınlaşdıraq.
2006-cı ildə fəaliyyətə
başlayan Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycan neftini Türkiyəyə, oradan isə dünyaya nəql edir. Mən Türkiyə
ilə Azərbaycan arasında yaxın münasibətləri dəstəkləyirəm.
Bu tərəfdaşlıq həm ABŞ, həm də bütün bölgə üçün
faydalıdır. Ötən
il Azərbaycan
ilə Türkiyə arasında imzalanan yeni tranzit marşrutu
haqqında razılaşma
bölgədə iqtisadi
müstəqilliyin artdığına
işarədir. Mən rəqabətə
inanıram. Alternativlər həm Azərbaycan, həm də bütün bölgə üçün yaxşıdır.
Azərbaycan kimi, ABŞ da
Avropa bazarlarını
şaxələndirmək istəyir
ki, bölgədəki
enerji istehsalı və nəqlində inhisara inanan digər oyunçular heç kimi manipulyasiya edə bilməsinlər. Tikilən
kəmərlər Azərbaycanın
siyasi və iqtisadi təhlükəsizliyini
artıraraq bölgənin
və ABŞ-ın birgə maraqlarına xidmət edir. Lakin bütün bu inkişafla birgə unutmaq lazım deyil ki, hökumətlər
öz təbii ehtiyatlarının gələcəyə
necə təsir edəcəyi haqqında düşünmək və
onları necə idarə etmək barədə məsuliyyət
daşıyırlar.
1980-ci illərdə dünyanın
təxminən 30 faizində
demokratik cəmiyyətlər
olduğu halda, bu gün bu
rəqəm 60 faizdir. Azərbaycan təkcə neft istehsalına görə deyil, həm də demokratik təsisatlar qurmaq səylərinə görə alqışlanmalıdır.
Bu dövlət öz neft ehtiyatlarının
qeydinə qala bilir. Azərbaycan hökuməti təbii
sərvətlərini düzgün
şəkildə idarə
edib bütün bölgənin təhlükəsizliyi
haqqında düşünür.
Azərbaycandakı inkişaf bütün bölgəyə sabitlik gətirə bilər. ABŞ da daxil olmaqla,
bütün demokratiyalar
üçün insan
haqlarının qorunması
və genişləndirilməsi
olduqca vacib məsələdir. Biz bu mövzu barədə
həm yerli, həm də beynəlxalq səviyyədə
səmimi söhbətlər
aparmalıyıq. Ölkəniz son 20 ildə böyük yol keçmişdir və Birləşmiş Ştatların sözdə
deyil, əməldə
dostudur. Siz ABŞ-ı hərbi münaqişələrdə
təkcə danışmaqla
deyil, döyüşə
silahlı qüvvələr
göndərməklə dəstəkləmisiniz.
Döyüşdə birgə iştirak
təkcə hərbi münasibətləri deyil,
möhkəm dostluq da qurur. Hərbi münasibətlər kimi başlanan əlaqələr,
hətta münaqişələr
bitdikdən sonra da möhkəm tərəfdaşlığa çevrilir.
Mən Azərbaycanı terrorla mübarizədə fəal
iştirakına görə
alqışlayıram. Azərbaycan beynəlxalq təhlükəsizlik
prosesində iştirakına,
bütün dünyada
insan haqları, demokratiya və azadlığın yayılmasına
töhfələrinə görə
fəxr etməlidir.
Sentyabrın 11-dən sonra siz
ABŞ-a telefon açıb
qeyd-şərtsiz hava
ərazinizdən istifadə
təklif edənlərdən
biri idiniz. Bir xalq olaraq biz bunu yüksək qiymətləndiririk. Sizin hamınızı
yüksək işinizə
görə təbrik edir, ABŞ ilə qurduğunuz münasibətlərə
görə minnətdarlığımı
bildirirəm".
AzərTAc
Azərbaycan.- 2012.- 13 may.- S. 8.